Sağlamlıq
Bədəndəki piyləri əzələyə çevirən super qida
İdmançıların vazkeçilməz qidası olan tahinin (küncüt əzməsi) faydaları saysız-hesabsızdır.
Publika.az bildirir ki, mütəxəssislər tahini müntəzəm istehlak etdikdə xərçəngdən diabetə qədər bir çox xəstəliyin qarşısının alındığını və əzələ kütləsinin artdığını bildirirlər.
Qida dəyəri baxımından zəngindir
Tahin B1, B2, B3, B6, E vitaminləri, kalsium, dəmir, fosfor və kalium ehtiva edir. Bu sayədə qan dəyərlərinin normal səviyyədə olmasını təmin edir.
Faydalı yağlar ehtiva edir
Tərkibindəki faydalı yağlar sayəsində ürək sağlamlığını dəstəkləyir. Tahin pis xolesterini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır.
Xərçəngin qarşısını alır
Küncüt bir çox xəstəliklərə, xüsusən də xərçəngə qarşı qoruyucudur.
Qan şəkərini tənzimləyir
Tahin tərkibindəki zülal və lif sayəsində qan şəkərini tənzimləməyə kömək edir. Qan şəkərini tarazlaşdırdığı üçün ürək-damar xəstəliklərindən də qoruyur.
Dəmirlə zəngindir
Dəmir qırmızı qan hüceyrələrinin istehsalı və bədəndə oksigenin daşınması üçün vacibdir. Buna görə də tahin istehlakı dəmir çatışmazlığı riskini azaldır.
Daha sağlam dəri üçün vacibdir
Tahin dəri sağlamlığını dəstəkləyən və antioksidan təsirləri ilə dərinin qocalmasını gecikdirə bilən E vitamini ilə zəngindir.
Əzələ və sinir sistemini dəstəkləyir
Tahin tərkibindəki maqneziumla əzələ və sinir funksiyalarını dəstəkləyir. Bundan əlavə, ehtiva etdiyi B vitaminləri də sinir sisteminin sağlamlığını qoruyur. Piyləri əzələyə çevirə bildiyi üçün xüsusilə idmançılar üçün əvəzolunmaz qidadır. Gündəlik bir qaşıq tahin istehlakının qısa müddətdə əzələ kütləsini artırdığı sübut edilib.
Həzm sisteminə faydalıdır
Tahin həzm sağlamlığını dəstəkləyən və bağırsaq hərəkətlərini yaxşılaşdıran liflə zəngindir.
İdeal çəkidə qalmağa kömək edir
Tahinin tərkibində toxluq hissini artıra bilən faydalı yağlar və zülallar var. Pəhriz prosesində istehlak edilən tahin arıqlamağı asanlaşdırır.(Medicina.az)
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir



















.jpg)


















