Sağlamlıq
Qadınları hədəf alan təhlükəli xəstəlik – Simptomları nələrdir?
Bütün bədənə yayılan və dinməyən ağrı təhlükəli xəstəliyin əlaməti ola bilər.
Publika.az xəbər verir ki, Travmatoloq-ortoped Op. Dr. Evren Fehmi Atay xüsusilə qadınlarda səbəbi bilinməyən ağrıların fibromiyalgiyadan qaynaqlana biləcəyini açıqlayıb.
Həkim xəstəliyin əlamətlərindən və müalicə üsullarından bəhs edib.
Qadınları hədəf alır
“Fibromiyalgiya ən sadə sözlərlə ifadə etsək, bədənə yayılan ağrı ilə özünü göstərən revmatik xəstəlikdir. Bu xəstəlik hər yaşda üzə çıxsa da, ən çox orta yaşlarda rast gəlinir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən bu xəstəliyin diaqnozu bir qədər çətindir. Oxşar simptomlar göstərən xəstəliklərin ayırd edilməsi və xəstəni narahat edən əlamətlərin diqqətlə araşdırılması vacibdir”, - deyə Dr. Evren Fehmi Atay bildirib.
Onun sözlərinə görə, fibromiyalgiya xəstəsini həkimə getməyə vadar edən ilk simptom bütün bədənə yayılmış və uzun müddətdir dinməyən ağrıdır:
“Xəstələr bu ağrıları sızıldayan, zonquldayan və deşici olaraq xarakterizə edirlər. Bir çox xəstə yorğunluqdan şikayət edir. Xəstələrdə bəzən yumşaq toxumaların şişməsi müşahidə edilir. Uyuşma, sancma kimi şikayətlər də əlamətlər arasındadır”.
Xəstəliyin səbəbləri
Həkim qeyd edib ki, fibromiyalgiyaya nəyin səbəb olduğu tam aydın olmasa da, xəstəliyin inkişafında təsirli olan bəzi amillər var:
“Bu xəstəliyin yaranmasında sinir sistemindəki dəyişikliklər, yuxu pozğunluqları, genetik faktorlar, travmatik hadisələr, infeksiya kimi problemlər təsirli olur. Onu da deyim ki, xəstəliyə qadınlarda kişilərə nisbətən təxminən iki dəfə daha çox rast gəlinir. Uzun müddət eyni mövqedə dayanmaq və stress bu xəstəliyə səbəb olur”.
Müalicə üsulu
“Fibromiyalgiya simptomları ilə müraciət edən xəstələrdə digər əsas xəstəlikləri istisna etmək üçün bir sıra müayinələr tələb olunur. Diaqnoz qoyduqdan sonra xəstələrimizə ağrı tətik nöqtəsi inyeksiyalarını, həyat tərzində dəyişiklik, həmçinin psixoterapiya, tövsiyə edirik", - deyə Dr. Evren Fehmi Atay vurğulayıb. (Medicina.az)
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür





































