Sağlamlıq
Əməkdar həkim çimərlikdə əməl edilməli olan 6 qaydanı AÇIQLADI
Dənizdə üzmək sağlamlıq üçün çox faydalıdır, immunitet sistemini gücləndirir və istidən təsirlənməyə qoymur.
Ancaq üzməyin fayda gətirməsi və zərər verməməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır.
Publika.az xəbər verir ki, Rusiya Federasiyasının əməkdar həkimi Viktor Şeyn çimərliklərdə əməl edilməli olan 6 qaydanı açıqlayıb.
“Birincisi, suyu udmamalısınız, çünki tərkibində bədənə daxil olarsa, xəstəliyə səbəb ola biləcək bakteriyalar var.
Əgər uşaqlarla üzürsünüzsə, yaxınlığında drenaj boruları, poliqonlar və ya müəssisələr olmayan yerləri seçin.
İkincisi, tez-tez suya tullanmamalısınız, çünki bu qulaqda şiddətli ağrıya və ya sinüzit ilə müşayiət olunan orta qulaq iltihabına gətirib çıxara bilər”. – deyə həkim bidlirib.
O, üçüncü qaydanı isə belə izah edib:
“Su quşlarının çox olduğu yerdə üzmək pis fikirdir. Bu halda, suda onların parazitlərinin sürfələri ola bilər. Bunlar xüsusən də dəri vasitəsilə bədənə nüfuz edə bilərlər. Bu da "üzgüçü qaşınması" kimi müalicəsi çətin olan bir problemə səbəb olacaq”.
Həkim “Üzmək qadağandır” yazılan işarələrə də məhəl qoymağı məsləhət görüb:
“Çünki belə yerlərdə suyun dibində şüşə və metal parçalar ola bilər. Əlavə olaraq bağırsaq infeksiyasına yoluxma riski var”.
Onun sözlərinə görə, digər vacib qayda budur ki, yeməkdən dərhal sonra üzmək olmaz:
“Bu zaman kramp və ya qusma baş verə bilər. Yeməkdən 1,5-2 saat sonra suya girmək daha yaxşıdır”.
Həkim qeyd edib ki, özünü quma basdırmaq faydalı deyil.
“Qum isti olsa belə, steril deyil. Nəticədə, göbələk də daxil olmaqla, bir sıra dəri xəstəliklərinə tutula bilərsiniz. Yaş və isti qum mikroorqanizmlərin inkişafı üçün əlverişli yerdir. Qumda dəriyə nüfuz edə bilən təhlükəli parazitlər ola bilər. Həmçinin qumda şüşə kimi iti cisimlərin olması ehtimalı da yüksəkdir”, - deyə həkim vurğulayıb.
(Medicina.az)
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
















.jpg)









.jpg)






.jpg)


