Sağlamlıq
Hansı qidalar ödem yaradır? - Belevadan XƏBƏRDARLIQ
"Bəzi qidalar orqanizmdə suyun tutulmasına və ödemlərin yaranmasına səbəb ola bilər.
Publika.az "Zakon"a istinadla xəbər verir ki, bunu Diyetoloq Elvira Beleva deyib.
Mütəxəssis çips, duzlu xiyar, pendir, hisə verilmiş məhsullar, yarımfabrikatlar və fastfudun az miqdarda istehlak edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu cür qidalar qanda duzun konsentrasiyasını artırır, nəticədə hüceyrələrdən su qana keçir. Bu zaman böyrəklər mayeni xaric etmək əvəzinə onu tutmağa başlayır və nəticədə ödemlər yaranır.
Bundan əlavə, ödemlərə spirtli içkilər də səbəb olur. Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilərin istifadəsi nəticəsində orqanizm susuzlaşır və nəticədə toxumalarda su ehtiyatı toplamağa başlayır.
“Buna görə də ödemlər yaranır, artıq su dərialtı toplanır”, – deyə Beleva qeyd edib.
O, həmçinin deyib ki, ödemlərə şirin qidalar da səbəb ola bilər. Məsələn, şəkər miqdarı yüksək olan içkilər və məhsullar – bulka, konfet, ağ çörək, şirniyyat, peçenye.
Beleva qeyd edib ki, şəkər orqanizmdə qlikogendə çevrilir və o, suyu orqanizmdə saxlayır. Mütəxəssis vurğulayıb ki, insan nə qədər çox şirin qida qəbul edərsə, orqanizm bir o qədər çox su ehtiyatı toplayır.
Hüseyn İbadlı
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
































.jpg)



