Sağlamlıq
Beyin xəstəliklərinin müalicəsində dəvələrdən istifadə olunacaq
Dəvə və lama antikorlarından əldə edilən miniatür zülallar Alzheimer xəstəliyi və şizofreniya da daxil olmaqla beyin xəstəliklərinin müalicəsinə kömək edə bilər.
Publika.az xəbər verir ki, Fransadakı Milli Elmi Tədqiqat Mərkəzinin alimləri bu nəticəyə gəlib.
Tədqiqat "Trends in Pharmacological Sciences" jurnalında dərc edilib.
Bu heyvanlardan əldə edilən və "nanokor" adlanan antikorlar insan immun sisteminin böyük Y formalı molekullarından təxminən on dəfə kiçikdir. Lakin onlar virusları və zəhərli zülalları tanımaq və neytrallaşdırmaq qabiliyyətini saxlayırlar. Ölçülərinə görə, onlar bədənin standart antikorlar üçün əlçatmaz olan çətin çatılan yerlərinə nüfuz edə bilirlər.
Dəvələr, lamalar və alpakalar təbii olaraq bu cür miniatür antikorlar istehsal edən azsaylı məməlilər arasındadır.
Laboratoriyada alimlər onların xüsusiyyətlərini təkmilləşdirərək daha kompakt və sabit molekullar yaradıblar. Nanokorların bədəni qrip viruslarından, COVID-19-dan və HİV-dən uğurla qoruya biləcəyi artıq məlumdur.
Ancaq onlardan beyin xəstəliklərinə qarşı istifadə edilməsinə şübhəli yanaşılırdı. Çünki böyrəklər onları qan dövranından çox tez çıxarır və qan-beyin baryeri böyük molekulların keçməsinə imkan vermir. Lakin, yeni təcrübələr göstərib ki, modifikasiya olunmuş nanokorlar bu baryeri aşıb zədələnmiş sahələrə çata bilir. Heyvan təcrübələrində onlar Alzheimer xəstəliyinin əsas əlamətləri olan tau zülallarına və beta-amiloidə uğurla bağlanırlar. Bu isə beyin xəstəlikləri üçün bioloji terapiyada yeni bir dövr açır.
Alimlər bu molekulların antikorların və kiçik kimyəvi birləşmələrin üstünlüklərini birləşdirən yeni bir dərman sinfinə çevrilə biləcəyini söyləyirlər. Lakin, onları insanlarda istifadə etməzdən əvvəl elm adamları metodun sabitliyini yoxlamalı, təhlükəsizliyindən tam əmin olmalıdırlar.
Ləman
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto















.jpg)






















