Sağlamlıq
18 il ağzını aça bilməyib, sonra məlum olub ki... - Həkim səriştəsizliyi
Böyük Britaniyada bir qadın oynaq problemi səbəbindən ağzını aça, həkimlər isə uzun illər bunun səbəbini aydınlaşdıra bilməyib.
Publika.az xəbər verir ki, belə bir əhvalat "Daily Mail" tərəfindən nəşr edilib.
47 yaşlı Naomi Smit səhhətinin 18 il əvvəl pisləşməyə başladığını deyib. Əvvəlcə çənə ağrısı, sonra miqren, başgicəllənmə və ürək bulanması müşahidə olunub. O, gündə 30 dəfə qusurdu, baş ağrılarından qışqırır, dəstəksiz dayana bilmirdi.
Qadın iddia edir ki, o, dəfələrlə xəstəxanaya müraciət edib, lakin həkimlər ona diaqnoz qoya bilməyiblər. Əvvəlcə onda fibromiya, sonra artrit və mədə-bağırsaq problemləri olduğundan şübhələniblər.
Smitin sözlərinə görə, bir müddət sonra ağzını aça bilməyib: "Çox arıqladım və bağırsaq keçməzliyi yarandı. Bir gün tibb bacısının sənədlərində ölümcül xərçəng xəstəsinə oxşadığımı yazdığını gördüm".
O əlavə edib ki, vəziyyətinin səbəbini ancaq bu il aşkarlayıb. Məlum olub ki, onun səhhətində yaranan problemlər temporomandibular oynaqların disfunksiyası nəticəsində yaranıb. O, indi əməliyyatı gözləyir və bundan sonra normal həyata qayıtmağa ümid edir.
Adəm
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
































.jpg)



