Sağlamlıq
Qəhvə haqqındakı bu mif dağıldı: Çox miqdarda içmək...
Reabilitasiya həkimi Sergey Aqapkin aşağı təzyiqi olan insanlar üçün qəhvənin faydaları barədə geniş yayılmış mifə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, o, “Rossiya 1” kanalında qan təzyiqini qaldırmaq üçün bu metodun niyə effektiv olmadığını izah edib.
Aşağı təzyiqlə mübarizə aparmaq üçün gündə 10 fincanadək qəhvə içdiyini bildirən bir izləyicinin hekayəsi müzakirələrə səbəb olub. Lakin Aqapkinin sözlərinə görə, bu yanaşma nəticə vermir. O bildirib ki, kofein damarların daralmasına və təzyiqin artmasına səbəb olsa da, bu təsir yalnız içkini ilk dəfə qəbul edənlərdə və ya uzun fasilədən sonra içənlərdə müşahidə olunur.
Kofeini mütəmadi istifadə edən insanlarda isə tez bir zamanda ona qarşı dözümlülük yaranır və artıq eyni təsiri almaq üçün daha çox miqdara ehtiyac olur ki, bu da sağlamlıq üçün risklidir.
Ekspert insanlara qəhvəni aşağı təzyiqin “dərmanı” kimi görməməyi tövsiyə edərək, problemi həll etmək üçün həkimə müraciət etməyi və daha təhlükəsiz, effektiv üsulları seçməyi məsləhət görüb.
Adəm
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)



















