Sağlamlıq
Erkən qocalmanın gözlənilməz səbəbi üzə çıxdı
Erkən qocalmanın gözlənilməz səbəbi müəyyən edilib
Publika.az xəbər verir ki, yeniyetməlik dövründə həddindən artıq aqressiv davranmaq bioloji qocalmanı 30 yaşından etibarən sürətləndirə bilər.
123 iştirakçının iştirak etdiyi və 17 il davam edən araşdırmaya istinadən Virciniya Universitetinin alimləri bu nəticəyə gəlib.
Tədqiqat "Journal of Health Psychology"də dərc edilib.
Psixoloqlar 1998-ci ildən etibarən yeniyetmələri izləyərək, onların dostları və valideynləri ilə münasibətlərini müntəzəm olaraq qiymətləndiriblər. Onların xolesterol səviyyələri, qan təzyiqi, qlükoza, iltihab göstəriciləri və qan təhlili nəticələri də daxil olmaqla bir sıra sağlamlıq biomarkerləri də qeydə alınıb.
Məlum olub ki, dostları ilə yola getməyən, eləcə də ataları ilə çətin, münaqişəli münasibətləri olan 13 yaşlı uşaqlar 30 yaşdan sonra sürətlənmiş bioloji qocalma əlamətləri göstərirlər.
Tədqiqat rəhbəri Cozef Allen qeyd edib ki, "bu, nə qədər yaşayacağınızı və sağlamlığınızın necə olacağını çox yaxşı proqnozlaşdırır". Onun sözlərinə görə, yeniyetməlik dövründə ata ilə davamlı münaqişələr yaşayanlarda və dostlarına qarşı aqressiv davranışlar sərgiləyənlərdə fizioloji markerlər sürətlə pisləşib.
Müəlliflər bu təsirin kişilərdə və qadınlarda oxşar olduğunu vurğulayırlar.
Ləman
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO



































.jpg)



