Sağlamlıq
40 yaşdan sonra sürətli kökəlmənin səbəbi nədir? - Həkim açıqladı
Tiroid xəstəlikləri, xüsusilə də hormon səviyyələrinin aşağı düşməsi 40 yaşdan yuxarı qadınlarda sürətli çəki artımına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Lyudmila Denisenko məlumat verib.
Onun sözlərinə görə, qalxanabənzər vəzi hormonları enerji mübadiləsini tənzimləyir və bu hormonların azalması metabolizmin ləngiməsinə səbəb olur: “Qırx yaşına yaxın qadınlarda tiroid pozuntuları artıq çəkiyə təsir edən əsas amillərdən biridir. Hipotireoz böyüklərin təxminən 10%-də rast gəlinir və müxtəlif səbəblərlə bağlı ola bilər”.
Diyetoloq qeyd edib ki, insan normal qidalanmasına və aktivliyinə baxmayaraq sürətlə çəki alırsa, mütləq tibbi müayinədən keçməlidir.
O, həmçinin qarın nahiyəsində qəfil böyümənin də müxtəlif səbəbləri ola biləcəyini bildirib: "Uşaqlıq və yumurtalıq şişləri (xoşxassəli və bədxassəli), qarın boşluğunda maye yığılması (astsit) və genişlənmiş sigmoid bağırsaq".
Endokrinoloq Anna Oderiy isə ödəmlə artıq çəkinin tez-tez qarışdırıldığını deyib. Onun sözlərinə görə, ödəm gün ərzində dəyişkənlik göstərir – səhər üzdə, axşam isə ayaqlarda şişkinlik ola bilər. Yağ isə gün ərzində “yer” dəyişmir.
Həkim sadə bir test də məsləhət görüb: baldır və ya ayaq dərisinə barmaqla basdıqda çuxur qalırsa və yavaş-yavaş düzəlirsə, bu ödəmi göstərir. Artıq çəkidə isə dəri elastik olur və çuxur əmələ gəlmir.
O, həmçinin qeyd edib ki, ödəm 1-2 gün ərzində 1-2 kq çəki artımına səbəb ola bilər, lakin yağ kütləsi bu qədər sürətlə toplanmır.
Adəm
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi






.jpg)











.jpg)




.jpg)

.png)



.jpg)









