Sağlamlıq
Beyni Alzheimer xəstəliyindən qoruyan pəhriz
Beyni Alzheimer xəstəliyindən qoruyan qidalar müəyyən edilib.
Publika.az xəbər verir ki, tərəvəz, giləmeyvə, balıq və tam taxılların müntəzəm istehlakı idrak geriləməsini yavaşlada və beyni qoruya bilər. Bu, beynəlxalq alimlər qrupunun gəldiyi nəticədir.
Tədqiqat "Scientific Reports" jurnalında dərc edilib.
Alimlər iki məşhur pəhriz yanaşmasını - Aralıq dənizi pəhrizini və neyrodegenerativ xəstəliklərin qarşısının alınması üçün hazırlanmış MIND pəhrizini müqayisə ediblər.
Məlum olub ki, hər iki pəhriz daha yaxşı idrak funksiyası ilə əlaqələndirilsə də, MIND pəhrizi bir az daha üstündür.
Alzheimer xəstəliyi dünyada 55 milyondan çox insana təsir edir. Tədricən yaddaşı və düşüncəni pisləşdirən xəstəliyin müalicəsi olmasa da, tədqiqatçılar riski azaltmaq üçün pəhriz də daxil olmaqla həyat tərzinin önəminə diqqət çəkirlər.
Çinin Huadu Rayon Xəstəxanasının professoru Sayofan Liu tərəfindən aparılan bir araşdırmada 50-75 yaş arası 1500 insan iştirak edib. Onlardan 750-si sağlam insan, digər yarısı isə Alzheimer xəstəsi olub.
Beş il ərzində tədqiqatçılar iştirakçıların pəhrizlərini anketlər və mobil tətbiqlər vasitəsilə izləyib; onların yaddaşlarını və düşüncələrini yoxlayıb; xəstəlik biomarkerlərinin təhlilini aparıb və beyin MRT-lərini nəzərdən keçiriblər.
Nəticələr göstərib ki, pəhrizlərdən birinə ciddi şəkildə əməl edən insanlarda yaddaşın yaxşılaşması, Alzheimer xəstəliyi ilə əlaqəli zərərli zülalların səviyyəsinin aşağı olması və iltihabın azalması müşahidə olunub.
MRT-lər yaddaş və daha yüksək idrak funksiyalarından məsul olan beyin qabığının hipokamp atrofiyasının və incəlməsinin yavaşlamasını göstərib.
Müəlliflər qeyd ediblər ki, "Hər iki pəhriz neyroprotektiv təsirə malikdir, lakin MIND pəhrizi beyin üçün sübut olunmuş faydaları olan qidaların: giləmeyvələrin, göyərtilərin və tam taxılların daxil edilməsi səbəbindən bir az üstünlük göstərir".
Ləman
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















