Sağlamlıq
Məşhurlar tez ölürlər, nəinki daha az populyar müğənnilər: Alimlər səbəbini tapdılar
Məşhur müğənnilər daha az populyar olan həmkarlarından orta hesabla bir neçə il az yaşayırlar.
Publika.az xəbər verir ki, alimlərlərin bununla bağlı araşdırması "Journal of Epidemiology & Community Health" jurnalında dərc edilib.
Tədqiqatçılar 648 müğənninin məlumatlarını təhlil ediblər. Onların yarısı şöhrət qazanıb, yarısı isə nisbətən az tatınır. Digər amillərin təsirini istisna etmək üçün hər bir "ulduz" cinsi, janrı və mənşəyinə görə daha az tanınan həmkarı ilə müqayisə edilib.
Məlum olub ki, məşhur vokalçılar orta hesabla təxminən 75, daha az tanınanlar isə 79 yaşlarında ölüblər. Bu, təxminən 4-5 il az deməkdir.
Müəlliflər bunu şöhrətin təkcə tanınma deyil, həm də güclü stress gətirməsi ilə əlaqələndirirlər. Belə ki, daim göz önündə olmaq, təzyiq, intensiv qastrol səfərləri, məxfiliyin itirilməsi, daimi nəzarət buna təsir edə bilər. Eləcə də qeyri-sağlam həyat tərzi - alkoqol, narkotik və yorucu rejim onların ömrünü qısalda bilər.
Alimlərin fikrincə, ömrün qısalması musiqiçinin həyat tərzi ilə deyil, şöhrət fenomeni, yəni şöhrətə nail olmaq və onunla gələn daimi təzyiqlə bağlıdır.
Adəm
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi






.jpg)







.jpg)








.jpg)

.png)


.jpg)










