Sağlamlıq
"COVID-19"dan daha təhlükəli pandemiya gəlir? - Alimdən xəbərdarlıq
Mutasiya olmuş quş qripi virusu bəşəriyyət üçün COVID-19 pandemiyasından daha təhlükəli ola bilər.
Publika.az xəbər verir ki, bunu Fransanın Pasteur İnstitutu nəzdində fəaliyyət göstərən Tənəffüs İnfeksiyaları Mərkəzinin rəhbəri Mari-An Rameyks-Velti bildirib.
Alim bu virusun daha ağır fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, əsas təhlükə virusun məməlilərə, xüsusən də insanlara uyğunlaşması və bundan sonra insandan-insana ötürülə bilən hala gələ bilməsidir. Bu ssenari reallaşarsa, quş qripi görünməmiş pandemiyaya səbəb olacaq.
Alim quş qripini niyə "COVID-19"dan daha təhlükəli virus hesab etdiyinə də aydınlıq gətirib. Belə ki, insanlarda quş qripinə qarşı antikorlar yoxdur, quş qripinə yoluxma hallarında xroniki xəstəliyi olmayan insanlarda belə ölüm riski olduqca yüksək olacaq.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















