Sağlamlıq
Ekspert "hacı pivəsi" haqda elə şeylər danışdı ki...
Alkoqolsuz pivə, isti şərab və digər “güclü” içkilər real alkoqol ilə eyni reaksiyaya səbəb olur.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu narkoloq Vasili Şurov bildirib.
O qeyd edib ki, bu, ilk baxışdan zərərsiz görünə bilər, lakin onlar yenə də gücləndirici təsirə malikdirlər və belə içkilər adi "əyləncə" zamanı tətikləyici ola bilər.
Narkoloq izah edib ki, insanlar sərxoşluq hissi üçün içirlər və spirtin dadı, qablaşdırılması və üslubu tamamilə təkrarlananda eyni davranış modeli formalaşır.
O bildirib ki, sıfır alkoqollu pivənin insanların içkidən əl çəkməsinə kömək etməsinə dair heç bir sübut yoxdur. Bu, sadəcə ehtirasları maskalayan marketinqdir. Şurov izah edib ki, insanlar hələ də minimum miqdarda spirt ehtiva edən alkoqolsuz pivə içirlər və bu da tədricən adi alkoqollu içkilərə keçidə gətirib çıxarır.
"Bu, heç nəyə kömək etməyən lazımsız, mənasız məhsuldur", - narkoloq vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda da bu tip içkilər satılır və alıcılar onu "hacı pivəsi" adlandırır.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















