Sağlamlıq
Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib:
"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq".
Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
































.jpg)



