Sağlamlıq
Uzunömürlülüyün iki sadə sirri: 106 yaşlı qadın açıqladı - FOTO
Britaniyalı bir qadın 106-cı doğum gününü qeyd edərək uzunömürlülüyün iki sadə sirrini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Woking News and Mail" qəzeti məlumat yayıb.
Coan Klark 3 dekabr 1919-cu ildə Şeffilddə anadan olub. Uşaq ikən valideynləri ilə birlikdə Hindistanda və Misirdə yaşayıb. 1941-ci ildə Klark evlənib və daha sonra iki uşaq anası olub. İkinci Dünya müharibəsi zamanı o, sursat fabrikində, daha sonra satıcı kimi çalışıb və son illərdə Uokinqdəki qocalar evində yaşayıb.
Klark uzunömürlülüyünün səbəbini həyata müsbət baxışı ilə əlaqələndirir. 106 yaşlı britaniyalı qadın məsləhət görür ki, nəyin çatışmadığını yox, sahib olduğunuz şeyləri düşünün.
O, həmçinin uzunömürlülüyün digər bir sirri kimi xeyirxahlığı da qeyd edib.
Bildirilir ki, qocalar evinin rəhbərliyi Klarkın ad gününü qeyd etmək üçün böyük ziyafət təşkil edib. Klarkın övladları, nəvələri və dostları, eləcə də Parlament üzvü Al Pinkerton onun yubileyini təbrik ediblər.
Adəm



-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















