Sağlamlıq
Bayramı kabusa çevirə bilərlər - Yeni il süfrəsinin ən təhlükəli ərzaqları
"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir".
Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev danışıb.
Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır. Bundan sonra hisə verilmiş ərzaqlar gəlir. Üçüncü yeri alkoqol və mayonez, dördüncü yeri piyli və ya yağda qızardılmış ət, sonra isə şirniyyat və tortlar tutur. Siyahı duzlu şorabalarla yekunlaşır.
Ekspertin sözlərinə görə, ağır yeməkləri bir yerdə qəbul etmək daha çox zərər verir. Məsələn, göbələk, mayonez və pendiri birgə yemək olmaz.
"Qabda təkcə salatın olması təhlükəli deyil, amma onun kürülü buterbrod, yağlı isti yemək və ya tortla kombinasiyası mədə-bağırsaq sisteminə zərər vura bilər".
Həkim mayonezi zeytun yağı ilə, duzlu xiyarı təzə xiyarla əvəzləməyi məsləhət görür. (Oxu.az)
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















