Sağlamlıq
Hər gün yeyirik: Bu qidaların inanılmaz faydası üzə çıxdı
Əhalinin qlobal qocalması və demensiya hallarının artması fonunda profilaktik tədbirlərin tapılması getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, bu barədə İsveçin Lund Universitetinin "Neurology" jurnalında dərc olunan araşdırmasında məlumat verilib.
Uzunmüddətli tədqiqatın nəticələrinə görə, süd məhsullarının idrak sağlamlığına təsiri gözlənilməz nəticələr ortaya qoyub.
25 il ərzində tədqiqatçılar təxminən 28 min İsveç vətəndaşının qidalanma vərdişlərini və sağlamlıq vəziyyətini izləyiblər. Təhlillər göstərib ki, müxtəlif süd məhsulları arasında yalnız ikisi idrak funksiyalarının qorunmasında nəzərəçarpacaq müsbət təsir göstərir.
Belə ki, tam yağlı pendirin müntəzəm istehlakı (gündə ən azı 50 qram) damar demensiyası riskinin 29 faiz azalması ilə əlaqələndirilib. Yüksək yağlı qaymağın (yağlılığı 30 faizdən çox, gündə ən azı 20 qram) isə Alzheimer xəstəliyi də daxil olmaqla bütün demensiya növlərinin inkişaf riskini 16 faiz azaltdığı müəyyən olunub.
Araşdırmaya görə, süd, qatıq və az yağlı pendir kimi geniş istifadə olunan məhsulların isə əhəmiyyətli qoruyucu təsiri qeydə alınmayıb. Əksinə, kərə yağının yüksək miqdarda istehlakı (gündə 40 qramdan çox) Alzheimer xəstəliyi riskinin artması ilə əlaqələndirilib.
Tədqiqatçılar bu məhsulların həddindən artıq istifadəsini tövsiyə etmirlər. Onların fikrincə, əsas nəticə ondan ibarətdir ki, qoruyucu təsir ümumi balanslaşdırılmış qidalanma fonunda formalaşır və ayrı-ayrı qidalar beyin sağlamlığının qorunmasında mühüm rol oynasa da, həlledici və yeganə amil deyil.
Adəm
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














