Sağlamlıq
Təhlükəli qida kombinasiyaları müəyyən edildi - Görün nələr baş verir
"Çoxlu müxtəlif növ ətin kartof, makaron və ya desertlərlə birlikdə qəbulu qida topasının yaranmasına səbəb ola bilər"
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya Aakademik Roytberq Klinikasının həkim-gastroenteroloqu Yevgeni Belousov bildirib.
O deyib ki, Yeni il bayramı həzm sisteminə ciddi yük düşən vaxtdır. Yağlı, qızardılmış, duzlu və şirin yeməklərin spirtli içkilərlə birlikdə çoxluğu mədə-bağırsaq traktının xroniki xəstəliklərinin, o cümlədən qastrit, pankreatit, xolesistit və qıcıqlanmış bağırsaq sindromunun kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə “ziddiyyətli” yemək birləşmələri təhlükəlidir.
“Məsələn, yağlı ət qəlyanaltılarının (donuz əti və ya ördək) süd məhsulları (pendir, xama) ilə birlikdə qəbulu həzmi ləngidir və mədəaltı vəzə əlavə yük yaradır. Spirtli içkilərin qazlı içkilərlə birləşməsi etanolun sorulmasını gücləndirir və mədənin selikli qişasını qıcıqlandırır. Çoxlu müxtəlif növ ətin (hisə verilmiş, duzlu, qızardılmış) nişasta tərkibli qarnirlər (kartof, makaron) və şirin desertlərlə qarışdırılması həzm olunması çətin olan qida topası yaradır və bu, köp, ürəkbulanma, turşu qalxması, hətta meyilli şəxslərdə kəskin pankreatitə səbəb ola bilərş
Həmçinin spirtli içkiləri yağlı balıqla (somon, salla, yağda siyənək) birləşdirmək olmaz — bu, öd ifrazını gücləndirir və öd kisəsində daş olduqda öd sancısını tətikləyə bilər”, – deyə həkim bildirib.
“31 dekabrda hazırlanıb 2 yanvara qədər saxlanılan yeməklər, xüsusilə ev şəraitində temperatur rejiminə ciddi riayət olunmadan saxlanıldıqda, ciddi risk yaradır. Bir çox salatlarda mayonez olur — bu isə bakteriyaların çoxalması üçün əlverişli mühitdir. Otaq temperaturunda cəmi 2–3 saat ərzində bağırsaq çöpləri, salmonella və ya stafilokok toksinləri yığıla bilər. Belə yeməklərin təkrar soyudulması və qızdırılması artıq əmələ gəlmiş toksinləri aradan qaldırmır, bu isə qida toksikoinfeksiyasına: qusma, ishal, susuzlaşmaya səbəb ola bilər. Xüsusilə yumurta, balıq, süd məhsulları və ev sousları ilə hazırlanan yeməklər təhlükəlidir”, – deyə həkim qeyd edib.
Həkim deyib ki, yaşlılarda, uşaqlarda və immun sistemi zəif insanlarda nəticələr ağır ola bilər — hətta hospitalizasiya tələb oluna bilər. Problemlərin qarşısını almaq üçün salat və qəlyanaltılar kiçik porsiyalarla hazırlanmalı, soyuducuda bir gündən artıq saxlanmamalı və süfrədə bir-iki saatdan çox qalmamalıdır.
Hüseyn İbadlı
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi






































