Sağlamlıq
Energetik içkilər sizi kor edə bilər - Xəbərdarlıq
Həkim-oftalmoloq kimi praktik fəaliyyətimdə tez-tez göz yorğunluğu, quruluq, “gözdə qum” hissi, görmənin müvəqqəti, yaxud qalıcı zəifləməsi, hətta itirilməsi ilə müraciət edən pasiyentlərlə rastlaşıram. Bu kliniki halların bir hissəsinin səbəbi energetik içkilərin müntəzəm qəbuludur.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında həkim-oftalmoloq Günay Zeynalova söyləyib.
Həkim bildirib ki, 1 fincan qəhvə (240 ml) təxminən 100 mq kofeinə bərabərdir. Energetik içkilərdə bu miqdar çox fərqli ola bilər; bəziləri bir fincan qəhvədən xeyli çox, digərləri isə azdır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər.
Onun sözlərinə görə, energetik içkilərin əsas tərkib hissəsi olan kofein sidikqovucu təsirə malikdir və orqanizmdə maye itkisinə səbəb olur. Bu göz səthinə təsir göstərərək gözdə yad cisim hissiyyatı, qızartı şikayətlərinə səbəb olaraq “quru göz sindromu”nun yaranması və ya mövcud olduğu halda, güclənməsinə yol açır.
Həkimin fikrincə, xüsusilə kompüter və telefon qarşısında uzun müddət çalışan şəxslərdə bu əlamətlər daha kəskin olur. Energetik içkilərin əsasən axşam saatlarında qəbulu yuxu rejimini pozur. Xroniki yuxusuzluq görmə yorğunluğunu artırır və mövcud göz problemlərini ağırlaşdıra bilir. Bundan əlavə, arterial təzyiqin kəskin dəyişməsinə və damar spazmına, damar keçiriciliyinin pozulmasına səbəb olur. Yəni görmə orqanımızın qanla təchizatına mənfi təsir göstərir və nəticədə görmə itiliyinin zəifləməsinə, itirilməsinə yol aça bilər.
“Bu içkilər yalnız görmə orqanına deyil, ürək-damar, sinir, mədə-bağırsaq sistemlərinə də neqativ təsir edir. Belə ki, energetik içkilərin mütəmadi istifadəsi aritmiya, qan təzyiqin yüksəlməsi - hipertoniya, insult, infarkt, depressiya, artıq çəki problemi, şəkərli diabet kimi xəstəliklərin inkişafına yol açır. Tərkibində olan vitamin və elektrolitlər bu içkiləri faydalı etmir, yorğunluğu qısamüddətli aradan qaldıraraq onların neqativ təsirlərini ört-basdır edir”, - deyə müsahibimiz qeyd edib.
Həkim tövsiyə edib ki, hər bir vətəndaşın sağlamlığının qorunması üçün bu içkilərin istifadəsinin məhdudlaşdırılması, uşaq və hamilələrin, müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin isə dayandırması məqsədəuyğundur.
-
Magazin107:15Xanımına mağaza açdı, avotomobil aldı
-
Nida Xəbər 02:00Azərbaycan XİN-dən Monteneqronun viza qərarına REAKSİYA
-
Qoroskop01:40Günün ulduz falı: Mehriban olmağınız sizə yeni qapılar açacaq
-
ABŞ29 Dekabr 21:45Milyonlarla insan "bomba siklonu"na hazırlaşır
-
Magazin229 Dekabr 21:31Beyons milyarder oldu
-
Hadisə29 Dekabr 20:40İşdən çıxarılan icra başçısı özəl şirkətlərdən pul yığırmış - 100-200 min manat
-
İdman29 Dekabr 20:28Coşuanın düşdüyü dəhşətli qəzanın təfərrüatı: Yanında oturan dərhal ölüb - VİDEO
-
Nəqliyyat29 Dekabr 19:45Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...
















.jpg)
.jpg)












.jpg)







.jpg)