Sağlamlıq
Həkimdən ətiri dəriyə vuranlara xəbərdarlıq: Xərçəng riski var!
Əgər ətir özündə fotosensibilizasiyaedici maddələr ehtiva edirsə və o, dərinin günəşə məruz qalan hissələrinə tətbiq olunursa, bu, ultrabənövşəyi şüaların zərərli təsirlərini gücləndirə və xərçəng riskini artıra bilər.
Publika.az xəbər verir ki, bunu "Rospotrebnadzor"un Sverdlovsk Federal Elmi Müəssisəsi Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Klinikasının terapevti Yekaterina Safonova "Gazeta"ya açıqlamasında deyib.
Qeyd edilib ki, qışda çıxan zəif günəş da yaydakı gün işığı qədər təhlükəli ola bilər. Günəşin ultrabənövşəyi şüalarının 95%-i UVA şüalarından ibarətdir ki, bu da dərinin qocalmasına səbəb olur. O, hətta görmə qabiliyyətinə də zərər verə bilər. Bu şüalar Yer səthinə hətta buludları keçməklə də çata bilir və buludlu günlərdə belə onlarla qarşılaşmaq zərərlidir. Bundan əlavə, qışda qar örtüyü də yaranır ki, bu zaman ultrabənövşəyi şüaların əks olunma intensivliyi təxminən ikiqat artır. Təmiz, bəyaz qar UVA şüalarının 80%-ə qədərini əks etdirə bilər.
"Ətirin tərkib hissələrinin fotohəssaslığı, bəlkə də, dəri zədələnməsi riskinin artması və nəticədə xərçəng riskinin artması ilə əlaqələndirə biləcək ən əhəmiyyətli amildir. Ətir komponentlərinin həm təbii (məsələn, berqamot, limon və laym kimi müəyyən sitrus efir yağları, eləcə də səndəl ağacı və müşk), həm də sintetik olan bir çox tərkibi fotohəssaslaşdırıcı ola bilər. Bu o deməkdir ki, onlar ultrabənövşəyi şüalanmaya (günəş işığı, solyariumlar) məruz qaldıqda reaksiya verirlər",- həkim deyib.
Məlum reaksiya fototoksikliyə (Ultrabənövşəyi şüalar ilə dəri hüceyrələrinə birbaşa zərər vermə, yanma, qızartı, iltihab və hiperpiqmentasiyaya səbəb olma), fotoallergiyaya və DNT zədələnməsinə (fototoksik reaksiyalar dəri hüceyrələrinin DNT-sinə zərər verə bilir) səbəb ola bilər.
Həkim qeyd edib ki, ultrabənövşəy şüalanma nəticəsində təkrarlanan və xroniki DNT zədələnməsi melanoma, bazal hüceyrəli karsinoma və skuamöz hüceyrəli karsinoma da daxil olmaqla dəri xərçənginin əsas səbəbi sayılır.
Tural
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














