Sağlamlıq
Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
Qış depressiyası tibdə, adətən, payızın sonunda başlayan, qış boyunca davam edən, yaz-yay ayları yaxınlaşdıqca tamamilə yox olan xəstəlikdir. Bu, adi qış kədərindən fərqli olaraq, daha ciddi və funksionallığa təsir edə bilən vəziyyətdir.
Publika.az xəbər verir ki, bu barədə Life.ru yazır.
Qeyd edilir ki, qış depressiyasının əsas əlamətlərinə kədərlənmək, enerji itkisi, davamlı yorğunluq, gündəlik fəaliyyətlərə marağın azalması, çox yatmaq, artan aclıq və karbohidratlara qarşı güclü istək, çəki artımı, sosial əlaqələrdən çəkilmə, konsentrasiya və qərarvermədə çətinlik, ümidsizlik hissi daxildir.
Bu simptomlar bir neçə həftə və ya uzun müddət davam edərsə, peşəkar yardım almaq vacibdir. Qış depressiyasına səbəb gün işığının azalması, bioloji saatın pozulması, serotonin səviyyəsinin azalması, D vitamininin çatışmazlığı ola bilər. Bu dəyişikliklər bədənin “bioloji saatı”nı qarışdırır və qaranlıq, soyuq havada daha yuxulu, enerjisiz və məyus hiss etməyə səbəb olur.
Qış depressiyasını yüngülləşdirmək və idarə etmək üçün işıq terapiyası və D vitamini əlavəsinin qəbulu kimi müxtəlif üsullar mövcuddur. Həmçinin yaxşı qidalanma, müntəzəm fiziki aktivlik və gündəlik həyat ritmlərini saxlamaq depressiyanın təsirlərini yüngülləşdirə bilər.
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”















.jpg)

.jpg)













.jpg)



