Sağlamlıq
Linza taxanların nəzərinə: Gənc qızı kor etdi - FOTO
Kontakt linzalar artıq bəzi insanların istifadə etdiyi əsas tibbi və kosmetik əşyaya çevrilib. Amma bu linzalarla ehtiyatsız davranış bəzən ağır nəticələrə də gətirib çıxara bilir.
Publika.az "SHOT" Teleqram kanalına istinadən xəbər verir ki, Novosibirskdə bir qız kontakt linzaları səhv, ehtiyatsız şəkildə taxdığı üçün görmə qabiliyyətini itirib.
Hər şey gənc qızın gecə kontakt linzalarını taxarkən təsadüfən buynuz qişasını zədələməsi ilə başlayıb. Növbəti günün səhəri qızın gözü tünd qırmızı rəngdə və iltihablı olub. O, həkimə müraciət edib və müalicə alsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik olmayıb.
Geniş müayinədən sonra ona amöblərin yaratdığı yoluxucu keratit diaqnozu qoyulub. Müalicə zamanı xəstədə abses və buynuz qişanın xorası (korneal xora) yaranıb. Bir neçə əməliyyata baxmayaraq, qızın gözünü xilas etmək mümkün olmayıb.Sonda həkimlər bəbəyi çıxarmalı olublar.
Xəstəyə artıq göz protezi taxılıb. Lakin o, digər gözündə də ağırlaşmalar olduğunu bildirir. Salamat qalan göz də iltihablanıb və qızarıb. Bundan əlavə, mübarizə apardığı ciddi xəstəlik səbəbindən o, diabet xəstəliyinə də tutulub və müalicə almağa davam edir.
Tural
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















