Sağlamlıq
Uşaqlarımızı necə zəhərləyirik? - Alimlər həyəcan təbili çaldılar
Yediyimiz qidaların tərkibinin insan sağlamlığına birbaşa təsir etməsi hər kəsə məlumdur. Lakin məlum olub ki, yemək hazırlayan zaman onların bişirilməsi üsulu da sağlamlığımızda gələcəkdə yarana biləcək ağır xəstəliklərdə mühüm rol oynayır.
Publika.az "Social Science & Medicine" jurnalına istinadən xəbər verir ki, əksər hallarda insanlar orqanik qidalar aldıqlarını düşünərək onları daha zərərli formada hazırlamasına fikir vermirlər. Jurnalda dərc olunan yeni bir araşdırma göstərib ki, yemək bişirilməsi zamanı qapalı məkanlarda tüstüdən yaranan hava çirklənməsi uşaqlara xüsusən də yetkinlik yaşlarında onların sağlamlığına olduqca mənfi təsir göstərir.
Alimlər Çində 45 yaş və ondan yuxarı 7000-dən çox insandan alınan məlumatları təhlil ediblər. Onlar müxtəlif bölgələri və sosial qrupları təmsil ediblər. Mütəxəssislər uşaqlıq dövründə hava çirkliliyinə məruz qalma ilə koqnitiv funksiyalara dair ölçülər arasındakı səbəb-nəticə əlaqələrini qiymətləndirmək üçün müasir statistik metodlardan istifadə ediblər.
Nəticələr əhəmiyyətli bir əlaqəni ortaya çıxarıb: erkən yaşlarında evdə bərk yanacaqlardan (kömür, odun və s.) çıxan tüstüyə məruz qalan insanların 45 yaş və daha çox yaşda xeyli zəif düşüncə və yaddaş göstəriciləri olub. Bu arzuolunmaz əlaqə bədən kütlə indeksi, təhsil səviyyəsi və gəlirlər də daxil olmaqla müxtəlif amillər nəzərə alındıqdan sonra da davam edib. Bütün bu faktorlar erkən yaşda ətraf mühitdə baş verən proseslərin beyin inkişafına təsirinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirib.
Ətraflı təhlillər onu da göstərib ki, kişilər bu cür mənfi amillərə qadınlardan daha çox məruz qalırlar. Məlum vəziyyəti yetkinlik dövründə siqaret çəkmək və ya spirtli içki qəbul etmək kimi sağlam olmayan vərdişlər də daha da ağırlaşdırır.
Tədqiqatın müəllifləri vurğulayıblar ki, bu araşdırma qlobal səhiyyə üçün əhəmiyyətli nəticələrə malikdir. Bir çox ölkələrdə, xüsusən də kənd yerlərində və aşağı gəlirli ailələr arasında bərk yanacaqla yemək bişirən insanların sayı yüksək olaraq qalır. Bu, uşaqları ağciyərlərə və qan dövranına nüfuz edə bilən zərərli zəhərli qazlara məruz qoyur və nəticədə onilliklər ərzində tüstü, zərərli maddə və qazlarla birbaşa təmas beyin funksiyasına təsir göstərir.
Tural
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab






.jpg)
















.jpg)














