Sağlamlıq
Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
Çikaqo Universitetinin Pritzker Tibb Məktəbindən Dr. İan K. Smit müxtəlif yaşlarda olan insanlar üçün uzunömürlülüyün əsas prinsiplərini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Daily Mirror"a danışıb.
Mütəxəssisin sözlərinə görə, ömrü uzatmaq üçün 30 yaşında əzələ kütləsini artırmağa diqqət yetirmək, 40 yaşında isə müntəzəm tibbi müayinələrə başlamaq vacibdir. 30 yaşında əzələləri gücləndirmək 60 yaşdan sonra sağlamlıq problemləri riskini azaldır.
Həkim qeyd edib ki, bədən ilk metabolik dəyişikliklərini 30 yaşında yaşamağa başlayır. Buna görə də, bu yaşda əsas vəzifə profilaktikadır.
Mütəxəssis zülala, bitki mənşəli qidalara və sağlam yağlara üstünlük verməyi, ultra emal olunmuş qidalardan uzaq durmağı və müntəzəm olaraq idman etməyi tövsiyə edib.
"40 yaşında diqqət əzələ artırmaqdan çox onları qorumaq dövrünə keçid edilir. Bu dövrdə pəhrizinizə daha çox diqqət yetirmək, diqqətli şəkildə idman etmək, xəsarətlərdən qaçınmaq və müntəzəm tibbi müayinələrdən keçmək vacibdir. Məhz bu yaşda problemlərin erkən aşkarlanması çox vacib ola bilər", - deyə ekspert qeyd edib.
Smit diqqətə çatdırıb ki, 50 yaşında əzələ itkisi sürətlənir, iltihab güclənir və xroniki xəstəliklərin riski artır. Buna görə də, çəki nəzarəti və sağlam bədəni qorumaq prioritetə çevrilməlidir.
Mütəxəssis sağlam yağların və bitki mənşəli qidaların nisbətini artırmağı və oynaq hərəkətliliyi məşqlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Onun sözlərinə görə, 60 yaşdan sonra isə heç kimə ehtiyac duymadan özünü idarə edə bilmək əsas məqsədə çevrilir.
Həkimə vurğulayıb ki, müntəzəm idman, fiziki aktivliyi qorumaq və idrak funksiyaları üzərində məqsədyönlü iş həyat keyfiyyətini və müstəqilliyi daha uzun müddət qorumağa kömək edir.
Ləman
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək







































