Sağlamlıq
Bu içkilər Alzheimer xəstəliyi riskini artırır
Amerikalı nevroloq Ostin Perlmutter Alzheimer xəstəliyinin qarşısını almaq üçün bəzi qidalardan imtina etməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, "Daily Mail" həkimin məsləhətini dərc olunub.
Onun sözlərinə görə, şəkərli içkilər beyinə ciddi zərər vurur. Perlmutter iddialarını əsaslandırmaq üçün tədqiqatlara istinad edərək bildirib ki, ən çox şəkərli içki qəbul edən insanlarda Alzheimer xəstəliyinə tutulma riski təxminən iki dəfə yüksəkdir.
"Şirin içkilər əksər insanlar üçün heç bir qida dəyəri vermir, həddindən artıq şəkər istehlakı isə metabolik pozğunluqlar və iltihab riski ilə əlaqələndirilir. Bunlar Alzheimer də daxil olmaqla neyrodegenerativ xəstəliklərin inkişaf riskini artıran amillərdir", - deyə Perlmutter xəbərdarlıq edib.
Nevroloq vurğulayıb ki, o, şüurlu şəkildə seçimlərini dəyişdirməyə çalışır və minimum şəkərli və ya şəkərsiz içkilər seçir.
“Bu proses çətin ola bilər, lakin dad tumurcuqlarınızı daim şəkər və şirniyyat istəməməyə alışdıra bilsəniz, bu, ümumi sağlamlığınız, xüsusilə də beyin sağlamlığınız üçün faydalı olacaq”, - deyə o, fikrini yekunlaşdırıb.
Adəm
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















