Sağlamlıq
Daha bir virus bu ölkəni bürüyür: Müalicəsi yoxdur, ölüm nisbəti dəhşətlidir
ÜST Hindistandan yayılan virusla bağlı təcili araşdırma aparılmasına çağırıb.
Publika.az xəbər verir ki, xəstəliyin hələlik təsdiqlənmiş müalicəsi olmasa da, yüksək ölüm nisbəti narahatlıq doğurur. Hindistan səhiyyə orqanları müalicəsi olmayan yarasalar vasitəsilə yayılan Nipah virusu səbəbindən yüksək hazırlıq vəziyyətindədir.
Şərqi Benqal əyalətində Nipah virusuna yoluxmanın beş halı qeydə alınıb. Böyük Britaniyada yerləşən “Metro” xəbər saytının məlumatına görə, rəsmilər bu həftə həkim, tibb bacısı və səhiyyə işçisi ilə bağlı üç yeni halın təsdiqləndiyini açıqlayıblar.
Əvvəllər özəl xəstəxanada işləyən iki tibb bacısının və bir qadın, biri kişinin də virusa yoluxduğu, tibb bacılarından birinin komada olduğu bildirilib.
Səhiyyə rəsmiləri virusun testdən keçməmiş və ağır tənəffüs problemləri olan xəstədən ötürülmüş ola biləcəyinə inanırlar . İndiyə qədər epidemiya ilə əlaqədar 180 nəfər testdən keçirilib və 20 yüksək riskli əlaqə saxlanılan şəxs karantinə alınıb.
Nipah virusu yarasalar və donuzlar kimi heyvanlardan insanlara keçə, eləcə də insanlar arasında ötürülə bilər. Yüksək qızdırma, tənəffüs çətinliyi və ensefalitə səbəb ola bilən virusun ölüm nisbəti 40-75 faiz arasındadır. Hal-hazırda xəstəlik üçün təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur.
Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq













.png)






















