Sağlamlıq
Bu qida insanı ölümdən qoruyur - İnfarkt və insultun qarşısını alır
Qəlyanaltı olaraq yalnız bu şirin meyvəni yemək infarkt və ya insultun qarşısını almağa kömək edə bilər.
Publika.az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat yeni araşdırmanın qeydlərində yer alıb.
Söhbət bağırsaq mikrobiotasının vəziyyətini yaxşılaşdıran və xolesterol səviyyəsini aşağı salan bioloji aktiv birləşmələrlə zəngin olan üzümdən gedir.
Tədqiqat nəticəsində məlum olub ki, cəmi dörd həftəlik müntəzəm üzüm istehlakı qida rasionunda tərəvəzin azlıq təşkil etdiyi insanlara nəzərəçarpacaq dərəcədə təsir göstərib. Bu sadə qida tənzimləməsi dünyada ölümün əsas səbəbi olan ürək-damar xəstəlikləri riskini azaltmaq potensialına malikdir.
Qeyd olunur ki, üzüm iltihabı azaldan güclü antioksidantlar ehtiva edir. Tədqiqatın rəhbəri Kaliforniya Universitetinin professoru Çjaopin Li bildirib ki, üzüm bağırsaq bakteriyalarının müxtəlifliyini artırır və xolesterol səviyyəsini aşağı salır.
Tədqiqatçılar həm təcrübədən əvvəl, həm də təcrübə zamanı 21-55 yaş arası iştirakçıları izləyiblər. Onlar gündə təxminən 40 üzüm, eyni zamanda az lifli və polifenollar adlanan bitki mənşəli qidalar qəbul ediblər. Aylar ərzində iştirakçılarda sağlamlıq üçün vacib olan mikrobiomlar əhəmiyyətli dərəcədə artıb.
Məlum olub ki, "pis" xolesterol səviyyəsi təxminən 8 faiz, onun yığılmasına kömək edən öd turşuları isə 40 faizdən çox azalıb. Qeyd edək ki, bu zərərli yağlar qan damarlarını bağlayan, ürəyə və ya beyinə qan axınını pozan qan laxtalarının əmələ gəlməsinə səbəb ola bilər.
Adəm
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO









.jpg)
























.jpg)