Sağlamlıq
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
Son zamanlar Hindistan və Banqladeşdə Nipah virusu geniş yayılıb. Bu virusun COVID-19-dan daha təhlükəli və yüksək ölüm nisbətinə malik olduğu bildirilir. Epidemiya ölkənin şərqindəki Qərbi Benqal əyalətində başlayıb. Hazırda həkimlər və tibb bacıları da daxil olmaqla beş yoluxma halı məlumdur, təxminən 100 nəfər isə evdə karantinə alınıb. Hindistan ölümcül virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusla bağlı təcili araşdırma aparılmasına çağırış edib.
Bu virus nədir və necə yayılır?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi Vasif Əliyev danışıb. O bildirib ki, xəstəliklə bağlı əsas problem dərman, peyvəndinin olmamasıdır.
Onun sözlərinə görə, bu xəstəliyə, xüsusilə, yarasa və donuzların ifrazatları ilə çirkləndirilmiş yeyəcəklərin qəbulu və xəstə insanlarla təmasda olarkən hava-damcı yolu ilə yoluxmaq mümkündür:
“Aparılan araşdırmalara görə, bəzən bu virus asimptomatik keçə bilər. Yəni hər hansı simptom olmadan özünü büruzə verə bilər. Virus 70% hallarda ölümə də səbəb olur. Ağciyərdə atipik pnevmoniya halında özünü büruzə verir, həmçinin ən ölümcül forması olan beyin iltihabına da səbəb olur. Bu da 24-48 saat ərzində xəstənin komaya düşməsinə qədər gedib çıxa bilər, hətta xəstə ölə də bilər”.
O, xəstəliyin dünyada geniş yayılacağı ilə bağlı narahatlığa səbəb olmadığını bildirib.
"İnsanlar arasında xəstəliyin ötürülmə faizi çox aşağıdır. Burada ən önəmli nüans risk qrupunda olan ölkələrə səfər edərkən diqqətli olmaqdır. Xüsusilə, inkubasiya dönəminin 4-14 gün olduğunu nəzərə almaq lazımdır. Belə bir təmas riski olduqda və Nipah virusunun yayıldığını düşündüyümüz anda həkimə müraciət etmək lazımdır”, - V. Əliyev əlavə edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən hazırda Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmadığı və virusun ölkəmiz üçün endemik hesab edilmədiyi bildirilib.
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO









.jpg)
























.jpg)