Sağlamlıq
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq
Müasir dövrdə insanlar mətbəxdə daha az vaxt keçirirlər. Yemək hazırlamağa sərf olunan zamana qənaət etməyin əsas yollarından biri isə tez hazırlanan qidalara- "fast food"a üstünlük verməkdir. "Fast food"lar artıq ənənəvi yeməkləri əvəz etməkdədir.
Publika.az xəbər verir ki, məşhur qastroenteroloq Anastasiya Andrianova "Gazeta"ya müsahibəsində belə qidaların istehlakının təhlükəsiz olub-olmamasından danışıb.
"Tez hazırlanan xüsusi yeməklər adətən qablaşdırılmış əriştələr və ya kartof, qurudulmuş tərəvəzlər, ədviyyatlı bulyondan ibarət olur. Bu cür qida növləri tez-tez, müntəzəm şəkildə istehlak edilməməlidir. Çünki onların tərkibində orqanizmə mənfi təsir göstərə biləcək maddələr olur. Trans yağlar və doymuş yağ turşuları ateroskleroz, ürək-damar xəstəlikləri, o cümlədən koroner ürək xəstəliyi riskini artırır. Bu qidalarda olan qoruyucu maddələr və fosfat birləşmələri böyrək və daha ağır ürək xəstəlikləri riskini artıra bilər",- həkim qeyd edib.
O da vurğulanıb ki, ayaqüstü yeməklərə vurulan ədviyyatların tərkibində stabilizator kimi istifadə edilən dadlandırıcılar da olur. Belə maddələri müntəzəm olaraq qida rasionuna daxil etmək isə bədəndə karbohidratların mənimsənilməsini poza bilər. Bu da zamanla çəki artımına və ya 2-ci tip diabetin inkişafına səbəb olur.
Mütəxəssis qeyd edib ki, hazır qidalar, tez hazırlanan qablaşdırılmış yeməklər əvəzinə çörəyin arasına az yağlı pendir və qaynadılmış toyuq döşü və göyərti qoyulmuş sendviçdən istifadə oluna bilər. Ofisə belə kiçik qabda yemək aparan zaman bəzən onun yanında giləmeyvə və ya kəsmik də qoya bilərsiniz.
Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































