Sağlamlıq
Depressiya riskini artıran pis vərdiş - Hər dəfə yemək yeyəndə...
Hazır yeməklərə süfrədə mütəmadi olaraq duz əlavə edən insanlar depressiya simptomları və böyük depressiv pozuntularla daha tez-tez qarşılaşa bilərlər.
Publika.az xəbər verir ki, araşdırma "Nutritional Neuroscience" (NN) jurnalında dərc olunub.
Beynəlxalq tədqiqatçılar qrupu belə bir qənaətə gəliblər ki, depressiya həyat keyfiyyətinin və müddətinin azalmasının aparıcı səbəblərindən biri olaraq qalır. Bununla belə, ayrı-ayrı gündəlik qidalanma vərdişlərinin əhval pozuntusu riskinə təsiri hələ tam öyrənilməyib. İşin müəllifləri hazır yeməyə duz əlavə etmə tezliyinin depressiv simptomların kəskinliyi ilə əlaqəli olub-olmadığını yoxlamağa qərar veriblər.
Quandun əyalətinin Xalq Xəstəxanasından Min Çenin rəhbərlik etdiyi komanda ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Müayinəsində (2007–2018-ci illər) iştirak edən 15 mindən çox yetkin şəxsin məlumatlarını təhlil edib. İştirakçılar yeməyə nə qədər tez-tez duz əlavə etdiklərini (bişirilmə zamanı istifadə olunan duz nəzərə alınmadan) qeyd edib və depressiyanın skrininqi üçün standart alət olan PHQ-9 sorğusundan keçiblər.
Təhlil stabil bir asılılığı üzə çıxarıb: insan yeməyə nə qədər tez-tez duz əlavə edirdisə, onun depressiya şkalası üzrə ümumi balı bir o qədər yüksək olurdu. Bu əlaqə yaş, cins, gəlir, təhsil, siqaret çəkmə və xroniki xəstəliklər nəzərə alındıqdan sonra belə dəyişməz qalıb.
Tədqiqatçılar bunun səbəb-nəticə əlaqəsi olub-olmadığını yoxlamaq üçün Mendelyev randomizasiyası metodundan istifadə ediblər. Onlar Britaniyanın "UK Biobank" bazasından istifadə edərək, anadangəlmə daha yüksək duz istehlakına meyilliliklə bağlı genetik variantları müəyyənləşdiriblər. Sonra bu markerlər depressiya ilə bağlı iri genetik tədqiqatlarla müqayisə edilib.
Nəticələr ilkin qənaətləri təsdiqləyib: daha tez-tez duz əlavə etməyə genetik meyillilik depressiv simptomlar riskinin 11%, depressiv pozuntu riskinin isə 28% artması ilə əlaqəli olub.
Müəlliflərin fikrincə, mümkün mexanizm hipotalamus-hipofiz-böyrəküstü vəzi oxunun — kortizol hormonu vasitəsilə stress reaksiyasını tənzimləyən sistemin işinin pozulması ilə bağlı ola bilər. Artıq natrium istehlakı həmçinin iltihaba və oksidləşdirici stressə şərait yaradır ki, bu da beynin emosiyaların tənzimlənməsində iştirak edən strukturlarını zədələyə bilər.
Hüseyn İbadlı
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



