Sağlamlıq
Ekspertdən xəbərdarlıq: Koronavirusa yoluxanların 35 faizi ciddi təhlükə ilə üz-üzə...
Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində sonradan böyrəklərlə bağlı problemlər yarana bilər.
Publika.az xəbər verir ki, nefroloq Andrey Vatazin bildirib ki, "COVID-19" keçirmiş xəstələrin təxminən 35 faizində müxtəlif dərəcəli böyrək zədələnməsi müşahidə olunur. Onun sözlərinə görə, bir çox insan xəstəliyin ilkin mərhələsində olduğu üçün hələlik heç bir əlamət hiss etmir.
Mütəxəssis vurğulayıb ki, koronavirusdan sağalan şəxslər mütləq terapevt tərəfindən yoxlanmalı və ehtiyac olduqda ixtisaslaşmış həkimə yönləndirilməlidirlər. Çünki böyrəklər orqanizmdə mühüm funksiyalar yerinə yetirir: qanı zərərli maddələrdən təmizləyir, artıq mayeni xaric edir, arterial təzyiqi tənzimləyir və elektrolit balansını qoruyur.
Böyrək fəaliyyəti pozulduqda isə ödem yaranır, sümüklər zəifləyə bilər və təzyiq problemləri ortaya çıxar. Xəstəlik ağır mərhələyə çatdıqda dializ müalicəsi və hətta orqan transplantasiyası zəruri ola bilər.
Həkimin sözlərinə görə, "COVID-19" infeksiyasından sonrakı ilk altı ay ərzində sağalmış şəxslərdə böyrək funksiyasının azalması riski təxminən 35 faiz artır. Bu prosesin dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Lakin yüksək hərarət, virus yükü və qanda şəkərin artması böyrəklərə mənfi təsir göstərə bilər. Bu isə diabetin aktivləşməsinə şərait yaradır.
Mütəxəssislər koronavirusun autoimmun prosesləri də gücləndirə biləcəyini qeyd ediblər.(Milli.az)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































