Sağlamlıq
Qəhvə qan təzyiqinə görün necə təsir edir
Kardioloq, tibb elmləri namizədi Denis Sokolov bəzi insanlarda bir fincan qəhvənin arterial təzyiqin yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu içkinin orqanizmə təsirini Lenta.ru ilə söhbətində açıqlayıb.
"Qəhvədən sonra arterial təzyiqin yüksəlmə ehtimalı ən çox yaşlı insanlarda və hipertoniyası olan şəxslərdədir. Həmçinin kofeini nadir hallarda qəbul edən və ya genetik olaraq onun ləng metabolizm sürətinə malik olan insanlar risk qrupundadırlar. Lakin səhər içilən bir fincan qəhvə hər zaman təzyiqin qalıcı yüksəlməsinə səbəb olmur: onu müntəzəm içənlərdə dözümlülük (tolerantlıq) yaranır və kəskin reaksiya çox vaxt müşahidə edilmir", — deyə Sokolov bildirib.
Həkimin sözlərinə görə, tünd qəhvədən sonra təzyiq ürək-damar xəstəlikləri olmayan sağlam gənclərdə də yüksələ bilər. Lakin belə effekt adətən zəif ifadə olunur və 20-40 dəqiqədən çox çəkmir. Sokolov qeyd edib ki, təbii dəmlənmiş qəhvə, xüsusən də su ilə uzunmüddətli təmasda hazırlandıqda (məsələn, frenç-pressdə), həll olunan qəhvə ilə müqayisədə daha çox kofein saxlayır.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































