Sağlamlıq
Bu yolla xərçəngin erkən diaqnostikası mümkün olacaq
Danimarkalı alimlər "Bacteroides fragilis" bağırsaq bakteriyasının daxilində kolorektal xərçənglə əlaqəli olan naməlum virusun gizlənə biləcəyini aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Communications Medicine” jurnalında dərc olunub.
Tədqiqatçıların qiymətləndirmələrinə görə, xərçəng hallarının 80%-ə qədəri ətraf mühit faktorları ilə bağlıdır. Bu prosesdə həzm sistemində yaşayan bakteriya, göbələk və virusların məcmusu olan bağırsaq mikrobiomu da mühüm rol oynayır.
"Bacteroides fragilis" bakteriyası əsasən bağırsağın adi və nisbətən zərərsiz sakini hesab olunur. Lakin alimlər əvvəllər dəfələrlə müşahidə ediblər ki, xərçəng xəstələrində bu orqanizmlərin sayı kəskin şəkildə artır.
Mütəxəssislər əvvəlcə "xərçəng yaradan" bakteriyaların ayrıca bir təkamül xəttinə aid olduğunu düşünsələr də, bu fərziyyə təsdiqini tapmayıb. Bundan sonra tədqiqatçılar bakteriyaların genetik elementlərinə diqqət yetiriblər.
Nəticədə onkoloji xəstələrin bakteriya genomlarında əvvəllər məlum olmayan iki "profaq" - bakteriyanın DNT-sinə daxil olmuş virus aşkar edilib. Belə viruslara sağlam insanların bağırsaq bakteriyalarında demək olar ki, rast gəlinməyib.
Nəticələri yoxlamaq üçün alimlər Avropa, ABŞ və Asiyadan olan 877 nəfərin nəcis nümunələrini analiz ediblər. Onların 434-ü kolorektal xərçəng xəstəsi, 443-ü isə sağlam şəxslər olub. Məlum olub ki, xərçəng xəstələrində bu virus elementlərinin tapılma ehtimalı sağlam insanlarla müqayisədə iki dəfədən çoxdur.
Müəlliflər vurğulayırlar ki, hələlik söhbət yalnız statistik əlaqədən gedir. Virusların xərçəngin inkişafına səbəb olduğu, yoxsa xəstəlik zamanı bağırsaq mühitinin bu cür bakteriyalar üçün əlverişli şərait yaratdığı hələ dəqiq məlum deyil.
Buna baxmayaraq, kəşf böyük praktik əhəmiyyət kəsb edə bilər. Tədqiqatçılar hesab edirlər ki, bundan xərçəngin erkən diaqnostikası üçün istifadə edilə bilər. İlkin analizlər göstərib ki, bu virusların genom fraqmentləri üzrə aparılan test xəstəlik hallarının təxminən 40%-ni aşkar etmək qabiliyyətinə malikdir.
Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



