Sağlamlıq
Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
Dünya tibb aləmində inqilabi yenilik yaşanır. Artıq həkimlər yüksək qan təzyiqi və hipertoniyadan əziyyət çəkən xəstələrə aptekə getmək əvəzinə, fərqli bir məşğuliyyət növünü tövsiyə edirlər.
Publika.az xəbər verir ki, bu barədə məşhur “Bloomberg” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, həkimlər artıq xəstələrə alternativ müalicə üsulu kimi balıq tutmağı məsləhət görürlər. Ürək xəstəlikləri və depressiyadan əziyyət çəkən insanlar daim gərginlik və həyəcan içində olduqları üçün balıq ovu bu gərginliyi aradan qaldırmağın ən yaxşı yolu hesab olunur.
Təbiət qoynunda, səssizlikdə vaxt keçirmək, suyun sakitləşdirici mənzərəsini seyr etmək pasiyentlərin psixi və fiziki sağlamlığına dərmanlardan daha effektiv təsir göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bu, tibb aləmində "sosial təyinat" adlanan yeni və mühüm bir tendensiyadır.
Bura təkcə balıq ovu deyil, həm də rəsm çəkmək, könüllü fəaliyyətlə məşğul olmaq və digər sosial müdaxilələr daxildir.
Qeyd edək ki, bir həkimin xəstəyə balıq tutmağı tapşırması qəribə səslənsə də, artıq bir çox ölkələrdə bu üsul rəsmi müalicə proqramlarına daxil edilib.
Azərbaycan də isə hələ ki, rəsmi hal almasa da o tip xəstələr dincəlmək və ürəklərini sakitləşdirmək üçün balıq tutmağa da vaxt ayırırlar.
Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































