Sağlamlıq
Pəhriz saxlamadan arıqlamağın iki sadə yolu
Melatonin və sərin otaqda yatmaq piylərin toplanmasına mane olan eyni mexanizmi aktivləşdirir.
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya açıqlamasında Piroqov Universitetinin Qocalma xəstəlikləri kafedrasının dosenti, endokrinoloq Lyubov Maçexina bildirib.
Həkimin sözlərinə görə, piy toxumasında melatoninin MT1 və MT2 reseptorları mövcuddur; melatoninin bu reseptorlarla birləşməsi ağ piy hüceyrələrinin qonur piy hüceyrələrinə çevrilməsini təmin edir. Qonur piy hüceyrələri metabolizm üçün daha "düzgün" substrat mənbəyi rolunu oynayır və piylənmə ilə bağlı riskləri azaldır.
Mtəxəssis qeyd edib ki, çəkini azaltmaq məqsədilə birbaşa melatonin preparatlarının təyin edilməsinin effektivliyi hələlik kliniki araşdırmalarla tam sübut olunmayıb.
Doktor Maçexina vurğulayıb ki, eyni mexanizm aşağı temperaturda da işə düşür, ona görə də yaxşı havalandırılmış, sərin və qaranlıq otaqda yatmaq bədən çəkisini tənzimləməyə kömək edir.
O qeyd edib ki, melatonin həmçinin toxumaların insulinə həssaslığını artırır və uzunömürlüklə bağlı olan sirtuinlərin ifrazını tənzimləyir.
Həkim sirkad ritmlərə riayət etməyi, tam qaranlıqda yatmağı və ehtiyac yaranarsa, yalnız həkim məsləhəti ilə melatonin qəbul etməyi tövsiyə edir.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































