Sağlamlıq
20 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
20 yaşlı tələbə meningiti soyuqdəymə ilə səhv saldığı üçün hər iki ayağını itirib.
Publika.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, britaniyalı tələbə Ketia Moponda 2024-cü ilin sentyabr ayında Lesterdəki "De Montfort" Universitetində təhsil almağa başlayıb. Səkkiz gün sonra o, öskürməyə və həddindən artıq yuxululuq hiss etməyə başlayıb, lakin simptomları virus infeksiyası və ya soyuqdəymə ilə əlaqələndirib. Ertəsi gün o, yataqxanasında huşsuz vəziyyətdə tapılıb və daha sonra sepsislə ağırlaşan bakterial meningit diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
Onun qanında oksigen səviyyəsi 1%-ə enib və o, komaya düşüb. İki həftə sonra ət yeyən infeksiya inkişaf edib və dəri transplantasiyası tələb olunub. Dekabr ayında toxuma nekrozu səbəbindən bütün barmaqları və hər iki ayağı amputasiya edilib.
O, beş ay xəstəxanada yatıb və fevral ayında evə buraxılıb.
İndi 20 yaşlı britaniyalı qadın protezlərdən istifadə edir və reabilitasiyadan keçir. O, artıq müstəqil şəkildə yeriyir və qaçışa qayıtmağı, həmçinin modellik xəyallarını gerçəkləşdirməyi planlaşdırır.
“Mən aktiv olmağı sevirdim və yenə də elə olacağam. Əvvəlcə modellikdən imtina etməyi düşündüm, amma etməyəcəyəm. Kim olduğunuzu gizlətməyə ehtiyac yoxdur. Bu, məni daha az dəyərli etmir. Mən çox məqsədyönlüyəm və əlilliklə bağlı bütün maneələri dəf etməyi planlaşdırıram”, - deyə gənc qadın bildirib.
Ləman
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































