Sağlamlıq
Yuxu rejimini dərmansız 2 həftəyə necə yaxşılaşdırmaq olar? - Həkimdən məsləhətlər
Yuxunu tez bir zamanda yaxşılaşdırmaq üçün yalnız gündəlik ciddi rejimə riayət etmək və axşamlar telefon, kompüter kimi cihazlardan çəkinmək deyil, həm də yataq otağında temperaturu 20-21°C səviyyəsində saxlamaq vacibdir.
Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Ambulator Terapiya kafedrasının dosenti Sergey Kozırev "Gazeta"ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, yuxu qrafikinə və müddətinə riayət etmək çox vacibdir. Ən yaxşı variant hər gün eyni vaxtda yatıb oyanmaqdır. Yatmaq üçün ən əlverişli vaxt isə hormon istehsalının ritmi ilə əlaqəli olan 22:00 ilə 23:00 arasındakı dövr hesab olunur.
"Optimal yuxu müddəti səkkiz-doqquz saatdır. Hərçənd, yaşlı adamlarda bu rəqəm dəyişə bilir. Gündüz yuxuları, xüsusən də günortadan sonra yatmaq tövsiyə edilmir. Çünki belə vaxtda yatmaq gecə təbii yuxu ritmini poza bilər", - həkim qeyd edib.
Yataq otağının mühiti də bu məsələdə mühüm rol oynayır. Keyfiyyətli yuxu üçün əsas şərtlərə yalnız sakit və tam qaranlıq otaq deyil, həm də uyğun hava temperaturu daxildir. Optimal temperatur 20-21 dərəcə arasındadır — bu temperatur tərləməyə səbəb olmur və bədəni isitmə üçün müəyyən resurslar sərf etməyə məcbur etmir.
"Vizual, psixo-emosional və fiziki stressdən çəkinmək tövsiyə olunur. Yatmazdan əvvəl televizora baxmaqdan, smartfonlardan istifadə etməkdən və idmandan çəkinin. Rahat, isti duş istirahət üçün idealdır, Lakin çox isti və ya çox soyuq su yuxunu poza bilər", - mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, bu qaydalara əməl etsəniz, iki həftə ərzində yuxu keyfiyyətində nəzərəçarpacaq dərəcədə yaxşılaşma hiss edəcəksiniz. Bu cür yanaşma 70-80% hallarda yuxu problemlərini dərmansız həll etməyə kömək edir.
Tural
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



