Sağlamlıq
Hansı stolüstü oyunlar beyni inkişaf etdirir? - Nevroloq detallı danışdı
Stolüstü oyunlar koqnitiv sağlamlığı qorumaq üçün effektiv vasitə ola bilər; onlar yaşla bağlı dəyişiklikləri ləngitməyə, yaddaş, diqqət və təfəkkürü məşq etdirməyə kömək edir.
Publika.az xəbər verir ki, "SM-Klinika"nın həkim-nevroloqu Marianna Cikiya Gazeta.ru-ya hansı stolüstü oyunların beyin üçün daha faydalı olduğu barədə danışıb.
"Bir çoxları stolüstü oyunları yalnız xoş vaxt keçirmək üsulu kimi qəbul etməyə öyrəşib, lakin nevrologiya baxımından onlar beyni məşq etdirmək üçün effektiv alətdir. Oyun zamanı neyronların fəaliyyəti aktivləşir, neyroplastiklik güclənir və 'koqnitiv rezerv' adlanan ehtiyat formalaşır. Bu rezerv nə qədər yüksək olarsa, beyin öz itiliyini və yaşla bağlı dəyişikliklərə qarşı davamlılığını bir o qədər uzun müddət qoruyur", - deyə nevroloq bildirib.
Mütəxəssis vurğulayıb ki, burada müntəzəmlik vacibdir: ən böyük effekt epizodik oyunlarla deyil, sistematik təcrübə ilə əldə edilir.
Onun sözlərinə görə, şahmat və dama kimi klassik oyunlar eyni anda bir neçə əsas funksiyanı işə salı:
“Oyun prosesində planlaşdırma və impulslara nəzarət üçün məsuliyyət daşıyan alın payları aktiv çalışır, yaddaş məşq edilir və məkan təfəkkürü inkişaf edir. Belə kompleks yanaşma beyinə çoxşaxəli tapşırıqların öhdəsindən effektiv gəlməyə kömək edir və yaşla bağlı dəyişikliklərlə əlaqədar pozuntuların profilaktikası rolunu oynayır”.
"Yaddaşın və diqqətin inkişafına yönəlmiş mahconq və 'Memo' kimi oyunlar hippokampın — beynin qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçməsinə cavabdeh olan nahiyəsinin fəaliyyətini stimullaşdırır. Neyrodegenerativ xəstəliklər zamanı ilk zərər görən məhz bu struktur olur. Bu cür oyunlar vizual-məkan qavrayışını, reaksiya sürətini və diqqətin cəmlənməsini inkişaf etdirir", - deyə mütəxəssis davam edib.
Həkimin izah edib ki, "Erudit" və ya "Slovodel" kimi söz oyunların da faydası çoxdur:
“Söz seçimi prosesində beyin qabığının nitq və semantik yaddaşa cavabdeh olan zonaları aktivləşir. Bu, nitqin axıcılığını qorumağa və yaş artdıqca tez-tez rast gəlinən söz tapmaq çətinliyinin qarşısını almağa kömək edir. Bundan əlavə, belə oyunlar təfəkkürün çevikliyinin inkişafına şərait yaradır.
Poker və preferans da daxil olmaqla, kart oyunları da koqnitiv funksiyalara müsbət təsir göstərir. Onlar məntiqi təhlil, strateji təfəkkür və emosiyalara nəzarət tələb edir. Yeni qaydaların və strategiyaların mənimsənilməsi sinir sisteminə mülayim yük yaradır ki, bu da yeni sinaptik əlaqələrin formalaşmasını stimullaşdırır”.
"Beləliklə, müntəzəm iştirak şərti ilə, stolüstü oyunlar yalnız maraqlı hobbi deyil, həm də beyin sağlamlığını qorumağın effektiv üsuluna çevrilə bilər", - deyə Cikiya yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video









.jpg)

















.jpg)







