Sağlamlıq
Uşaqlardakı bu simptom ağır xəstəliyin xəbərçisi ola bilər - Həkimdən xəbərdarlıq
Uşaqlarda daimi şəkildə xorultu halalrı baş verirsə, bu sadəcə adi yuxu vərdişi deyil, həm də uşağın inkişafına ciddi təsir göstərə biləcək potensial sağlamlıq problemlərinin əlaməti ola bilər.
Publika.az xəbər verir ki, bu barədə tanınmış uşaq otolarinqoloqu Anastasiya Vişnyakova "Gazeta"-ya müsahibəsində bildirib. O, açıqlamasında xorultunun beyin funksiyası ilə necə əlaqəli olmasından və valideynlərin bu detala diqqət yetirməsinin vacibliyindən də söz açıb.
"Uşaqlarda xroniki xoruldama əksər valideynlərin zərərsiz və müvəqqəti hal hesab etdiyi bir fenomendir. Lakin müasir tibbi dəlillər göstərir ki, müntəzəm xoruldama yuxuda olarkən nəfəs alma pozğunluğunun əlaməti ola bilər və uşağın sağlamlığına, o cümlədən beyin inkişafına təsir göstərə bilər", - mütəxəssis qeyd edib.
Müxtəlif hesablamalara görə, uşaqların təxminən 10-15%-də epizodik xorultu, 3-5%-də isə davamlı xorultu müşahidə olunur.
Həkim onu da vurğulayıb ki, soyuqdəymə və ya burun axıntısı zamanı baş verən xorultu ciddi narahatlıq yaratmamalıdır. Lakin, uşaq müntəzəm şəkildə xoruldayırsa, bu artıq normal deyil, ciddi bir xəstəliyin mümkün simptomudur. Nəfəs alma ilə bağlı templər, narahat yuxular və ya tez-tez oyanmalarla müşayiət olunan xorultu isə valideynlər üçün xüsusilə narahatedici olmalıdır: "Çox vaxt uşaqlarda xoruldama adenoidlərin və ya badamcıqların böyüməsi, nazofarenksin xroniki iltihabi xəstəlikləri, poliplər, allergik rinit və ya burun septumunun əyriliyi ilə əlaqələndirilir. Daha ağır hallarda isə bu, yuxu zamanı nəfəs almanın vaxtaşırı tam dayandığı obstruktiv yuxu apnesi ola bilər. Bu, qanda oksigen səviyyəsinin aşağı düşməsinə və normal yuxunun pozulmasına gətirib çıxarır.".
Tural
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



