Sağlamlıq
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirtmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizlərə kömək etmir.
Publika.az xəbər verir ki, kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır.
1. Yediklərinizə diqqət edin
Gün ərzində neçə dəfə yemək yesəniz, hamısının kalorisini hesablayın. Çalışın, günorta yeməyi 500, şam isə 100-200 kalorini ötməsin.
2. Tələsik yemək
Amerikalı mütəxəssislər sübut ediblər ki, tələsik və tez yemək qidanın piyə çevrilməsinə səbəb olur. Buna görə də yemək yeyərkən çalışın, asta olasınız. Beləcə, mədəniz tez doyacaq, qida rahat həzm ediləcək.
3. Televizor qarşısında yeyib və yatmaq
Televizora baxanda adama iştah gəldiyi, hamıya məlumdur. Amma yedikdən sonra televizora baxa-baxa divanda yatmağın ondan da ziyanlı olduğu müəyyənləşib. Belə ki, yedikdən sonra televizora baxan insanın beyni başqa mövzuya köklənir və qida yaxşı həzm olunmur, piy qatı çoxalır.
4. İstirahətdə olmaz
İstirahət günləri yediyiniz hər bir qida kökəlməyinizə səbəb olacaq. Adi günlərdə hərəkət etdiyiniz üçün yemək o qədər də kökəltmir. İstirahət günü isə tam əksinə, bütün yeməklər yağa çevrildiyindən, artıq çəkiyə gətirib çıxarır.
5. Aldanmayın
Kinoteatrdakı pop-korn, klubdakı fısdıq, evdəki çips… Bunların nə qədər ziyan olduğunu bilirsinizmi? Bir ovuc pop-korn 400 kaloridir. Buna görə də bu tip qidalardan uzaq olmağınız məsləhətdir.
6. İçki
Kişilərin kökəlməsinə səbəb spirtli içkidir. Ən azı bir həftə pivə, araq və ya viski içməyin. Sonra yenidən çəkinizi yoxlayın, bir neçə kiloqram atdığınızı görəcəksiniz. (Axşam.az)
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video









.jpg)

















.jpg)







