Sağlamlıq
Elektron siqaret istifadəçilərinə bəd xəbər: Tamamilə qadağan edilir - ŞOK SƏBƏB
Rusiyanın Sənaye Məhsullarının Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə elektron siqaretlərin, veyplərin və onlar üçün nəzərdə tutulan mayelərin satışının tamamilə qadağan edilməsi təşəbbüsünü dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Komissiyanın keçirdiyi iclasın nəticələrinə əsasən, yaxın vaxtlarda müvafiq qanun layihəsinin hazırlanacağı gözlənilir.
Toplantının əsas məqsədi bazarda nikotin çatdırılma sistemlərinə nəzarətin gücləndirilməsinin müzakirəsi olsa da, ekspertlər bu məhsulların ümumiyyətlə qadağan edilməsinin vacibliyi barədə vahid qərara gəliblər.
Məhdudiyyətlərin konkret hansı cihazlara şamil ediləcəyi isə hələlik dəqiq deyil.
Qeyd edək ki, qərarın verilməsində son elmi araşdırmalar böyük rol oynayıb. Laboratoriya sınaqları zamanı tütün qızdırıcı sistemlərdən ayrılan aerozolun ağciyər toxumasının strukturuna cavabdeh olan hüceyrələrə (fibroblastlara) dağıdıcı təsiri sübut edilib. Araşdırmalar göstərib ki, bu duman hüceyrələrin qocalması ilə bağlı genlərin fəaliyyətini sürətləndirir, yəni orqanizmi daxildən sürətlə qocaldır.
Adəm
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































