Sağlamlıq
8 saatlıq yuxumuza "haram qatıldı": Nevroloq bu mifi dağıtdı
Gündəlik 8 saatlıq yuxu norması ilə bağlı illərdir bildiyimiz məlumatlar əslində mif imiş. Tanınmış nevroloq Qay Leştsiner "The Guardian" nəşrinə müsahibəsində yuxu ilə bağlı ən populyar yanılma haqda danışıb.
Publika.az xəbər verir ki, mütəxəssis hər kəsin eyni miqdarda yuxuya ehtiyacı olmadığını bildirib. Nevroloqun sözlərinə görə, əsas meyar rəqəmlər deyil, insanın özünü necə hiss etməsidir:
“Əgər az yatmağınıza baxmayaraq, gün ərzində yorğunluq hiss etmirsinizsə və diqqətiniz dağılmırsa, deməli, bu rejim sizin orqanizminiz üçün normaldır”.
Həkim həmçinin qeyd edib ki, bir gecəlik yuxusuzluq sağlamlığa ciddi zərər vurmur, çünki beyin bu itkini kompensasiya etmək qabiliyyətinə malikdir. Lakin o, xroniki yuxusuzluğun təhlükələri barədə xəbərdarlıq edib. Davamlı yuxu çatışmazlığı insult, ürək-damar xəstəlikləri, koqnitiv pozuntular və immunitetin zəifləməsinə yol açır.
Adəm
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































