Sağlamlıq
Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
Uzunmüddətli şən əhval-ruhiyyə orqanizm üçün həqiqətən faydalıdır.
Publika.az xəbər verir ki, terapevt Marianna Mazra bu iddianın elmi əsaslarının olub-olmaması barədə Gazeta.ru-ya danışıb.
"Tibbi nöqteyi-nəzərdən gülüş - kortizolun (əsas stress hormonu) səviyyəsinin orta hesabla 30–37% əhəmiyyətli dərəcədə azalmasına səbəb olan mürəkkəb neyrofizioloji reaksiyadır. Gülüş zamanı eyni zamanda dopamin və endorfinlərin — 'xoşbəxtlik hormonlarının' istehsalı ilə əlaqəli neyromediator sistemlər aktivləşir. Bu, əhvalın yaxşılaşması, təşvişin azalması və rahatlıq hissi ilə müşayiət olunur", - deyə o izah edib.
Gülüşün birbaşa "müalicəvi" effekti olmasa da, onun immunitetə təsiri dolayısı ilə təsdiqlənib. Araşdırmalar göstərir ki, gülüş epizodları anadangəlmə immunitet komponentlərinin aktivliyini artıra, həmçinin iltihab göstəricilərinin səviyyəsini aşağı sala bilər. Həkimin sözlərinə görə, bu, xəstəliklərin daha yüngül keçməsinə kömək edir, çünki stress yükü azalır. Odur ki, kəskin respirator virus infeksiyaları zamanı memlərə baxmaq da bir növ terapiyadır.
Gülüşün digər müsbət təsiri ağrının azalmasıdır. Bu, ağrı həddini yüksəldən endogen opioidlər olan endorfinlərin səviyyəsinin artması ilə bağlıdır. Tədqiqatların birində sübut olunub ki, komediya janrında məzmun izlədikdən sonra iştirakçıların ağrı həddi orta hesabla 10–15% artıb. Xroniki ağrıları olan (o cümlədən yaşlı və onkoloji) pasiyentlərdə "gülüş terapiyası" tətbiq edildikdə, ağrı intensivliyinin 10 ballıq şkala üzrə təxminən 1–2 bal azaldığı və həyat keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Əlbəttə, bu effekt qısamüddətlidir və ağrıkəsici dərmanları əvəz etmir, lakin əlavə qeyri-medikamentoz üsul kimi istifadə edilə bilər.
Ümumilikdə, şənlənmək müxtəlif xəstəliklərin qarşısını almaq üçün yaxşı bir profilaktikadır. Məsələn, o, ürək-damar xəstəlikləri, metabolik pozuntular və depressiv vəziyyətlərin inkişafına səbəb olan xroniki stressin azalması ilə əlaqəlidir. Gülüşün stressə davamlılığa və hətta neyroendokrin tənzimləməyə müsbət təsiri barədə məlumatlar var ki, bu da dolayısı ilə reproduktiv sağlamlığa da təsir edə bilər.
"Gülüş orqanizmin əlavə resursudur. Onun effektləri sağlamlığı qorumaq üçün sadə və əlçatan bir üsuldur. Gülməli əyləncə məzmunu əsas müalicəni əvəz etməsə də, onun stressi azaltmaqda və rifahı yaxşılaşdırmaqda rolu elmi cəhətdən əsaslandırılıb. Deməli, bəzən özünə gülüş terapiyası təyin etmək həqiqətən də yaxşı ideyadır", - deyə Marianna Mazra vurğulayıb.
Hüseynn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































