Sağlamlıq
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklərə əlavə yük yaradır və zamanla ciddi problemlərə səbəb ola bilər.
Bildirilir ki, gecə saatlarında qəbul edilən bəzi maddələr böyrəklərin istirahət prosesini pozur. Xüsusilə nəzarətsiz şəkildə istifadə olunan ağrıkəsicilər, yüksək dozalı vitaminlər və müxtəlif "detoks" içkiləri böyrəklərin filtrasiya funksiyasını çətinləşdirə bilər. Bu isə zamanla toxuma zədələnməsi və böyrək daşlarının yaranma riskini artırır.
Bundan əlavə, enerji içkilərinin gecə saatlarında qəbulu da təhlükəli hesab olunur. Tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr böyrəklərə dolayı yolla təsir edərək onların normal fəaliyyətini poza bilər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, yatmazdan əvvəl duzlu qidaların qəbulu və kifayət qədər su içilməməsi böyrəklərdə kristallaşmaya və daş əmələ gəlməsinə şərait yaradır. Bu səbəbdən axşam saatlarında qidalanmaya xüsusi diqqət yetirmək tövsiyə olunur. (Milli.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































