Sağlamlıq
İnfarktdan qorunmağın ən asan yolu: Amma bir "əmma"sı var
Hamam və sauna həvəskarları üçün şad xəbər var. Terapevt Anna Qayduk bildirib ki, müntəzəm olaraq saunadan istifadə etmək ürək-damar sistemi üçün əvəzsiz faydalıdır.
Publika.az xəbər verir ki, mütəxəssis bu proseduru orqanizm üçün mülayim fiziki aktivliklə müqayisə edib. Yüksək temperaturun təsiri ilə ürək döyüntüləri sürətlənir, qan dövranı yaxşılaşır və bütün daxili orqanlar oksigenlə daha yaxşı təmin olunur.
Həkimin sözlərinə görə, bu vərdiş damarları "möhkəmləndirir": "Sauna həvəskarlarında infarkt və insult riski daha aşağı olur. İsti buxarla "məşq edən" damarlar elastikləşir və hipoksiyaya (oksigen çatışmazlığına) qarşı daha dözümlü olur".
Lakin terapevt ciddi xəbərdarlıq da edib. Artıq ürək-damar xəstəliyi olanlar (arterial hipertenziya, infarkt keçirmiş şəxslər və s.) üçün hamam və sauna vəziyyəti daha da pisləşdirə bilər. Bu səbəbdən həkimlə məsləhətləşmək mütləqdir.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































