Sağlamlıq
Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
Tibbdə elə vəziyyətlər olur ki, bir neçə saat gecikmə, bəzən isə dəqiqələr ərzində gec verilən qərar ölümcül ola bilir.
Publika.az xəbər verir ki, bunu "Doktor" telekanalının eksperti, tanınmış həkim Vladlena Berezovskaya "Gazeta"ya müsahibəsində deyib. O, çoxumuzun əhəmiyyət vermədiyi bəzi incə detalları və simptomları açıqlayıb və həmin hallarda təcili yardım xidmətlərinə dərhal zəng edilməsinin tələb olunduğunu deyib.
İlk belə simptom el dilində beyinin dumanlı olması adlandırılan və orqanizmdə yaranan yalançı zəiflikdir. İnsultun baş verməsi tez-tez iflic olma və ya huşun itirilməsi ilə əlaqələndirilir. Lakin bu prosesin başlanğıcı daha təhlükəli ola bilər. Bütün bədəndə və ya yalnız bir qolda, yaxud da ayaqda olan qəfil, şiddətli zəiflik təcili yardım çağırmaq üçün ciddi bir səbəbdir.
Berezovskaya deyib: "İnsanlar tez-tez qeyri-sabitliyi, koordinasiyanın itirilməsi, beyində duman hissi və ya tanış sözləri tələffüz etməkdə çətinlik çəkmək kimi simptomlara az nəzər yetirirlər. Bunlar beyin hüceyrələrində oksigen çatışmazlığı olan zaman baş verən beyin hipoksiyasının əlamətləridir. Dözülməz ağrı olmasa belə, üz asimmetriyası (məsələn natamam təbəssüm-red.) və ya üzdə uyuşma inkişaf edərsə, deməli saat sizin əleyhinizə işləyir."
Bəzən insan sadəcə olaraq belə vəziyyətlərdə başına nə gəldiyini anlaya bilmir. Onun yaddaşı qəfildən itə və nitqi qarışıq anlaşılmaz ola bilər. Bu, uzanıb dincəlmək üçün bir səbəb deyil, dərhal xəstəxanaya yerləşdirmə üçün ciddi bir səbəbdir.
İkinci ciddi simtpom, istirahət zamanı yaranan nəfəs darlığıdır. Hansı ki, ürək və ağciyərlər sanki "haray" çəkirlər.
Əgər siz yenicə qaçmısınızsa, bir neçə dəqiqə əvvəl bu tip idmanla məşğul olmusunuzsa, bu halda yaranan nəfəs darlığı normaldır. Amma əgər sadəcə qab yuyursunuz və ya yataqda uzanmısınızsa və nəfəsalmanız tezləşir və çətinləşirsə, bu, ciddi xəstəlik üçün kritik bir əlamətdir.
Ekspert deyib: "İstirahət zamanı səbəbsiz nəfəs darlığı həmişə ürək-damar və ya ağciyər sisteminin kəskin hipoksiyasının əlaməti olub. Ürək sanki sinədən çölə sıçrayır, nəbz dəqiqədə 100 vuruşdan yuxarı qalxır və qanda oksigenin səviyyəsi (saturasiya) 95%-dən aşağı düşür."
Belə bir mənzərə ağciyər emboliyası (AEM) və ya ürək tutması kimi ciddi xəstəliklər üçün tipik simptomdur. Bəzən bu, quru, boğulma və ya çəhrayı, köpüklü bəlğəmlə müşayiət olunan spesifik öskürəklə də müşayiət olunur. Bəzi hallarda dəri rənginin dəyişməsi nəzərə çarpa bilər: qulaqlar və ya hətta bütün sinə bənövşəyi-mavi rəng ala bilər.
Üçüncü mühüm simptom isə adi ürək "yanması" kimi maskalanmış ürək tutmalarıdır. Yəni infarkt.
Klassik infarkt döş sümüyünün arxasında çənəyə və ya kürək sümüyünə yayılan yanmanı xatırladan ağrılardır. Lakin atipik bir forma da var ki, onu tez-tez rast gəlinən həzm problemi ilə də qarışdırmaq olar.
"İnsanlar ciddi başgicəllənmə, ürəkbulanma və qarında yaranan kəskin ağrıya məhəl qoymurlar, bəzən bu ağrılar sanki mədə yanması ilə də müşayiət olunur", - deyə təcili yardım mütəxəssisi xəbərdarlıq edib. İnsan atipik formada gəzərkən belə infarkt keçirə bilər: "Bizdə elə hallar olub ki, isanlar sadəcə bağçalarında gəzərkən ölüblər. Amma onlarda mədə hissə ağrıyıbı, qıcıqlanma olub, dözülməz sinə ağrısı isə olmayıb. Onlar bağçadakı adi gündəlik işlərindən ayrılmayıblar".
Əgər qarın nahiyəsində ağrılar və ya mədə yanması qəfil zəiflik və soyuq tərlə müşayiət olunursa, bu, həzm, qida problemi deyil, daha ciddi simptom ola bilir. Bu, dərhal təcili tibbi yardım çağırmaq üçün ciddi bir səbəbdir.
Tural
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































