Sağlamlıq
Ananas düşündüyünüz qədər məsum deyilmiş - Gizli zərərləri
Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlama menyularında tez-tez qarşımıza çıxsa da, əslində göründüyü qədər məsum deyilmiş.
Publika.az xəbər verir ki, ananasın həddindən artıq istehlakı orqanizmdə gözlənilməz fəsadlara və narahatlıqlara yol aça bilər.
Bir çoxumuz ananas yedikdən sonra dildə və ağız boşluğunda yaranan o qəribə yanma və qıcıqlanmq hissi ilə qarşılaşmışıq. Bunun səbəbi ananasın tərkibindəki "bromelayn" adlı olduqca güclü fermentdir. Bu ferment zülalları parçalamaq qabiliyyətinə malikdir və hər nə qədər həzmə kömək etsə də, ağız boşluğundakı həssas toxumalara toxunduğu andan etibarən onları sanki "həzm etməyə" başlayır. Məhz bu səbəbdən ananas yeyərkən dildə qıcıqlanma və ağrı hiss olunur.
Məsələ yalnız ağız boşluğu ilə bitmir; ananasın tərkibindəki yüksək fruktoza miqdarı onu bir növ "şəkər tələsi"nə çevirir. Təbii meyvə olmasına baxmayaraq, porsiya nəzarəti itdikdə qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur ki, bu da xüsusilə diabet riski daşıyanlar üçün ciddi siqnaldır. Bununla yanaşı, meyvənin asidik, yəni turşulu quruluşu mədə həssaslığı olan şəxslərdə qıcqırma və ağrılara səbəb ola bilir. Xüsusilə acqarına yeyildikdə bu mənfi təsirlər özünü daha qabarıq büruzə verir. Nadir hallarda olsa da, ananasın allergik reaksiyalara, qaşıntı və qızarıqlığa yol açma ehtimalı da unudulmamalıdır. Əlbəttə, bu faktlar ananası menyudan tamamilə çıxarmaq mənasına gəlmir, sadəcə bu faydalı meyvəni yeyərkən ölçünü qaçırmamaq və bədəninizin verdiyi reaksiyalara qarşı diqqətli olmaq vacibdir. (Milli.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































