Sağlamlıq
Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
Gündəlik nə qədər su içməli olduğumuzla bağlı sual illərdir müzakirə olunur. İnsanların çoxu “gündə 1,5-2 litr su içmək lazımdır” qaydasını qəbul etsə də, mütəxəssislər bunun hər kəs üçün eyni dərəcədə doğru olmadığını bildirir.
Publika.az xəbər verir ki, bu barədə qida mütəxəssisi Viktoriya Strijevskaya danışıb.
Onun sözlərinə görə, gündəlik maye norması yalnız içilən sudan ibarət deyil. Gün ərzində qəbul edilən bütün içkilər, həmçinin qidalardakı maye - şorbalar, meyvə-tərəvəz və digər məhsullar da bu normaya daxildir. Bu isə o deməkdir ki, düzgün qidalanan insan artıq mayenin bir hissəsini yeməklərdən alır.
Ekspert vurğulayıb ki, orqanizmin suya ehtiyacı mövsümdən və hava şəraitindən asılı olaraq dəyişir. İsti havalarda insan daha çox tərlədiyi üçün daha çox mayeyə ehtiyac duyur. Soyuq aylarda isə bu ehtiyac azalır və susuzluq hissi yoxdursa, özünü məcbur edib çox su içmək vacib deyil.
Strijevskaya əlavə edib ki, həddindən artıq su qəbulu da zərərli ola bilər. Onun sözlərinə görə, artıq maye böyrəklərə əlavə yük yaradır və orqanizmdən yalnız zərərli deyil, faydalı maddələrin - xüsusilə mineralların da yuyulmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, gündə 2 litr su içməmək narahatlıq üçün əsas deyil. Əsas məsələ orqanizmdə maye balansını qorumaq və daha çox təbii içkilərə üstünlük verməkdir.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































