Sağlamlıq
100 yaşlı kişi uzunömürlülüyün sirrini açıqladı: Hələ də...
ABŞ-ın Kolorado ştatının sakini, 100 illik yubileyini qeyd edən veteran Con Mazzella uzun və sağlam yaşamağının əsas sirlərini paylaşıb. Yüz yaşlı qocanın həyat hekayəsi və gümrahlığı hamını təəccübləndirib.
Publika.az "People" nəşrinə istinadən xəbər verir ki, Mazzella uzunömürlülüyünün əsas səbəbinin aktiv həyat tərzi olduğunu bildirib. O, yaşına baxmayaraq, hələ də idman zalına getdiyini, ağır çəkilər qaldırdığını və mütəmadi olaraq uzunmüddətli gəzintilərə çıxdığını deyib. Hədəfi isə ən azı 110 il yaşamaqdır.
Mazzella 30 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. O, İkinci Dünya, Vyetnam və Koreya müharibələrinin iştirakçısı olub. Maraqlıdır ki, o, gənc yaşlarında meteoroloq olmaq arzusuna çatmaq üçün böyük əzm göstərib. Həmin dövrdə bu vəzifəyə yalnız IQ səviyyəsi 110-dan yuxarı olanlar qəbul edilirdi. Mazzellanın göstəricisi isə 108 idi. Lakin o, inadkarlığı sayəsində komandirləri razı sala bilib və arzusuna çatıb. Məhz bu xidmət zamanı Berlində gələcək həyat yoldaşı ilə tanış olub.
10 il əvvəl həyat yoldaşını itirən Con Mazzella bildirib ki, ağır itkiyə baxmayaraq, həyata nikbin baxmağı dayandırmayıb.
Onun sözlərinə görə, ruhdan düşməmək və daim hərəkətdə olmaq qocalığa qalib gəlməyin tək yoludur.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































