Sağlamlıq
Koronavirusun yeni dalğası Azərbaycana da gəlir? - Professor açıqladı
Türkiyəli professor Şevket Özkaya deyib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Məlumata görə, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb. Professor bildirib ki, ümumi yoluxma göstəriciləri hazırda aşağı səviyyədə qalsa da, bu variant dünya üzrə yayılmasını davam etdirir. Proses, xüsusilə ötən payızdan etibarən müşahidə olunur.
Yeni COVID dalğası gəlir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, COVID pandemiyası bu xəstəliyin gedişi, yoluxma forması və intensivliyinin qripə çox yaxın olduğunu göstərdi:
“Belə ki, xəstəlik hava-damcı yolu ilə sürətlə yayılır və qripə bənzər əlamətlər yaradır. Təbii ki, fərqli cəhətləri də mövcuddur. Bütövlükdə isə görünən odur ki, COVID-19 tamamilə sıradan çıxmaq istəmir və insanların həyatında qalmaqda davam edə bilər. Bu virusun qrip kimi hər il yeni formalarda ortaya çıxması ehtimalı var. Əslində, bu proses əvvəllər də müşahidə olunub. Keçən əsrin 60-cı illərindən etibarən koronaviruslar insanlarda soyuqdəymə xəstəlikləri törədirdi və sonradan pandemiyaya səbəb oldu”.
Həkimin sözlərinə görə, gələcəkdə proseslərin necə inkişaf edəcəyini dəqiq demək çətindir:
“Ehtimal olunur ki, SARS-CoV-2 virusu müəyyən formada dəyişərək yerini yeni variantlara verəcək, lakin koronavirus insan həyatında daimi qalacaq. Çünki virus artıq insan hüceyrələrinə daxil olma və orada yaşama qabiliyyətinə malikdir. Bu baxımdan, təəssüf ki, hər il koronavirusla qarşılaşacağıq. “Omikron” ştammının yeni variantlarının yayılma dərəcəsi ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Çünki mutasiyalar davam edir və hər bir yeni variant fərqli xüsusiyyətlər nümayiş etdirir”.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































